ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qərbin enerji maraqlarına qurban verilən növbəti qərar

Bir neçə ay öncə media azadlıqları haqqında qanun qəbul edildikdə Qərbin demokratik dəyərlərə əsaslanan media görmək arzuları üçün cəhdləri uğursuz atılan bir neçə atəşdən başqa bir şey olmadı. Qərbin dəstəkləyəcəyi demokratiyanın Qərb özü istəmədən gəlməyəcəyi fikri hələ o zaman səslənsə də, bir çox demokratiya həvəsində olub, Qərbə ümid bəsləyənlər üçün bu fikir artıq bir fakta çevrildi. Media haqqında mövcud qanunun vəziyyəti elə vəziyyət olaraq da qaldı. Narahatlıq və etirazlar sadəcə sözdə səslənən, əslində isə Azərbaycana şəxsi maraqlar üçün uzanan təzyiq mexanizmindən başqa bir şey olmadı. Qərb elə media qanununun qəbul edilməsi məsələsini də siyasi alətə çevirdi və öz maraqlarını ifadə edən tələblərinin yerinə yetirilməsi qarşısında susqunluq nümayiş etdirdi.

Dünən qüvvəyə minən növbəti, Siyasi partiyalar haqqında qanun da, medalyonun digər üzü kimi, günlərdir ölkədə siyasi qüvvələri susduran tərəfin növbəti uğuru sayıla bilər. Bütünlükdə bir maddəsi belə demokratik dəyərlərlə uzlaşmayan Siyasi partiyalar haqqında qanun müzakirəyə çıxarılan andan Qərbin ümidlərinə həyat verdi. Rusiyadan enerji asılılığını azaltmaq, enerji bazarında yeni tərəflərin axtarışı indiki Ukrayna-Rusiya müharibəsi fonunda Qərbə, xüsusən Avropaya hava-su kimi lazımdır. Əlbəttə bunun üçün o, hansısa ölkədə siyasi partiyaların azadlıqlarının demokratik dəyərlərə zidd xətt üzərində düzülüşünə də dözə bilər. Yetər ki, Azərbaycanın qazı, nefti maneəsiz Qərbin maraqları istiqamətinə axsın. Azərbaycanda siyasi partiyaların fəaliyyəti demokratik dəyərlərlə tənzimlənməsə də olar, yetər ki, Avropanın enerji təhlükəsizliyi təmin olunsun. Vəssalam!
Növbəti dəfə təkqütblü dünyada dəyərlərin deyil, maraqların hakim olduğu bir düzənə şahid olmaq bütün bu qulaq batıran çığırışların gerçək mahiyyətini üzə çıxarır. Qərbin sərgilədiyi “demokratiya” özünün görmək istədiyi Ukraynada daha aydın tablo çizib. Bunun üçün sizlər nə dağılmış Ukraynaya, nə məhv olmuş infrastruktura, nə qaçqınlara, nə də öldürülən minlərlə günahsız insana baxmayın. Əsas olan Qərbin istəyi və maraqlarına uyğun demokratiyadır! Bu varsa, yetər. Yerdə qalanlar elə bir əhəmiyyət daşımır. Elə Azərbaycanın bugünü kimi.

Müsəlman Birliyi Hərəkatının məxtuat xidməti.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button