ArxivXəbər lentiXəbərlər

Gürcüstanın Baş Qərargah rəisi: “Qarabağ münaqişəsində vasitəçi rolu oynamağa çalışmalıyıq”

“Mümkün olacağı halda Gürcüstan Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolunu oynamalıdır”.
APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Gürcüstan münaqişə tərəfləri ilə yaxşı münasibətləri olan ölkələrdən biridir.

“Təəssüf ki, bir sıra səbəblərə görə, bu problemin sülh yolu ilə həlli mümkün olmayıb. Bu, bütün region üçün ağrılı prosesdir. Buna görə də biz hadisələri diqqətlə izləyirik. Azərbaycan və Ermənistandakı həmkarlarımızla sıx münasibətlərimiz mövcuddur, tam informasiya əldə edirik”, – deyə V. Kapanadze bildirib.

V. Kapanadze deyib ki, münaqişə tərəfləri Gürcüstana hər hansı müraciət etməyiblər. Bununla yanaşı o qeyd edib ki, hər iki tərəf proseslərin gedişatı haqqında rəsmi Tiflisi maksimum məlumatlandırmağa çalışır: “Əlbəttə ki, hər tərəfin öz baxış bucağı var. Biz də qiymətləndirməmizdə obyektiv olmağa çalışırıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button