ArxivXəbər lentiXəbərlər

Azərbaycanda “halal”a “haram” qatan firmalar aşkar edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən bu ilin yanvar ayında istehlak bazarında monitorinqlər həyata keçirib.

 qafqaz.ir/az Salamnyus-a istinadən  məlumat verir ki, monitorinqlər nəticəsində bəzi firmaların fəaliyyətində ciddi nöqsanlar aşkar olunub.

Araşdırma zamanı “Evrokond” MMC-nin “Yuvelirnoye” nişanlı şəkəri, “Lakom” ASC-nin “Vesyoliy zoosad” nişanlı sərt peçenyelərinin ümumi mikroorqanizimlərin sayına görə standart tələblərə cavab vermədiyi aşkar olunub. Rusiyadan Azərbaycana idxal edilən “Rot Front” nişanlı “Leqenda” vaflisinin də sağlamlığa zərərli olduğu məlum olub.

Ət və ət məhsullarından olan “Lider R.M” nişanlı “Moskovskaya texnologiya” adlı bişmiş hisə verilmiş “Servelat kolbasası” ilə “İlahə-96″ İKM-ə məxsus kolbasalarda, o cümlədən “Aymin” MMC-nin də “Bakı” nişanlı bişmiş hisə verilmiş servelat kolbasasından məhsulun markalanmağında qeyd olunmayan donuz əti aşkar edilib.

Qeyd edək ki, bir müddət əvvəl istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatlarının istehsalı ilə məşğul olan “Aymin” MMC haqqında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulmağı əlamətləri üzrə iş qaldırılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Aymin” MMC-yə səkkiz min manat maliyyə sanksiyası tətbiq edilib.

 Ölkədə satılan Polşanın “Mister Ron” nişanlı şokaladlı konfetindən isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button