ArxivXəbər lentiXəbərlər

Artsaxın təhlükəsizliyi və müstəqilliyi sövdələşməyə məruz qalmır

Bunu bu gün Artsax Respublikasının Prezidenti Bako Sahakyan RF Xİ Naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin tərəflərinə nizamlanmasnın mərhələli həlli təklif edən layihələrin təqdim olunduğu barədə bəyanatına toxunaraq,  Artsax Respublikası Parlamentinin plenar iclasında çıxışı zamanı bəyan edib.

“Qarabağ münaqişəsinə toxunaraq, biz taleyimiz barədə danışırıq. Bütün platformalarda, bütün görüşlər ərzində, o cümlədən ATƏT Minsk qrupunun həmsədrləriylə görüşlər zamanı,  ölkəmizin yanaşmasını təqdim etmək imkanım oldu.  Mən dəfələrlə bəyan etmişəm ki, ATƏT-in Minsk qrupunun missiyasına hörmət edirəm və bundan sonra da hörmət edəcəyəm, çünki hesab edirəm ki, onların missiyası sayəsində nisbi sülh əldə edilir”- deyə Sahakyan bildirib.

AR Prezidenti bildirib ki, görüşlər qarşılıqlı hörmət mühitində keçirilib və görüşlər zamanı o, Artsaxın təhlükəsizliyi və müstəqilliyinin sövdələşməyə məruz qalmadığını vurğulayıb.

“Bütün bu illər ərzində heç bir şəkildə mövqeyimizdən və prinsiplərimizdən yayınmamışıq.  Mən əminəm ki, Azərbaycan-Qarabağ münaqişəsi bir çox tələblər cəlb edən dünyanın ən mürəkkəb məsələlərdən biridir vı biz  bunu nəzərə alaraq və beynəlxalq cəmiyyətin maraqlığını hörmət edərək, mövqeyimizi qorumaqla, məsələni sülh yolu ilə həll etmək məcburiyyətindəyik.

Həmsədrlərin bu və ya digər təklifinə, münaqişənin həlli üçün səmimi səylərinə hörmətlə yanaşacağıq və hörmət edəcəyik”- deyə Artsax Prezidenti əlavə edib.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov bir yarım saat davam edən video zəng vasitəsilə aprelin 21-də danışıqlar prosesini davam etdirmək barədə razılığa gəlmişlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button