İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadiq Mütəməddiyan, şənbə günü, dekabrın 10-da Türkiyə Respublikasının Urmiyadakı baş konsulu ilə görüşündə İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək məqsədlərinə toxunub. O, ölkələr arasında əlaqələrin inkişafı və genişlənməsi, Qərbi Azərbaycan vilayəti ilə Türkiyənin sərhəd şəhərlərinin bu əlaqələrdəki rolunun çox təsirli və əhəmiyyətli olarağını vurğulayıb. Qərbi Azərbaycan vilayətinin qubernatoru iki ölkənin ticarət həcminin 30 milyard dollara çatdırılması hədəfinə toxunaraq deyib: “İki ölkənin səlahiyyətli orqanlarının bütün səyləri bu məqsədə çatmağa yönəlib, çünki iqtisadi imkanlar və iki ölkənin potensialı bu mühüm iqtisadi məqsədin reallaşmasına yol aça bilər”. Məhəmməd Sadiq Mütəməddian iki ölkə xalqları arasında mədəni, sosial və dini ortaqlıqlara toxunaraq bu ortaqlıqların İran İslam Respublikası ilə Türkiyə arasında sabit və uzunmüddətli əlaqələrə səbəb olduğunu deyib.
Qərbi Azərbaycan vilayətinin qubernatoru iki ölkənin müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə əlaqələrin səviyyəsinin yüksəldilməsi istiqamətində səylərini vurğulayaraq: “Ümumi bazarların yaradılması və aktivləşdirilməsi, dəmir yolu və hava nəqliyyatı imkanlarından istifadə və müxtəlif iqtisadi sahələrdə, xüsusən də regional hava yollarında birgə investisiyalar ona məqsədlərinə çatmağa kömək edə bilər”- söyləyib.
Türkiyənin Urmiyadakı yeni baş konsulu Fəhim Çətin İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin ortaq iqtisadi məqsədlərə çatması üçün lazımi zəmin yaradan Qərbi Azərbaycan vilayətinin valisinin səylərinə təşəkkür edib və onların da bu istiqamətdə məsələləri həll etməyə çalışdıqlarını deyib.