AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Bakının təzadlı siyasətləri-Dindarların repressiya olunması ilə eyni zamanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi

Bakının təzadlı siyasətləri-Dindarların repressiya olunması ilə eyni zamanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi
Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2017-ci ildə Nazirlər Kabinetinin ilk iclasında İslam Olimpiya Oyunlarının Bakıda keçiriləcəyinə işarə edərək bu ili Azərbaycanda “İslam Həmrəylik İli” adlandırdı.
İ. Əliyev iclasda qeyd etdi ki, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir,bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik.Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki,İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir.Bu, böyük siyasi tədbirdir, bu, böyük mədənitədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam
dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkinkampaniya aparanlara da bir cavab olacaq.Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm
müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, islam dünya üçün təhlükədir,islamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlmanqaçqınlarına qarşı hörmətsizlik edirlər.
İ. Əliyev İslam Həmrəyliyi Oyunlarının bu baxımdan çox böyük mənası olduğunu da vurğulayaraq dedi:“Biz bu Oyunları keçirməklə dini dəyərlərimizə
sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaqsalmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.
Qeyd edək ki, Azərbaycan dövləti İslam Olimpiya Oyunlarına evsahibliyi etməyi elə bir şəraitdə öhdəsinə götürmüşdür ki, bu dövlət ölkədə İslamın kökünü kəsmək üçün əlindən gələni edir.
Bakı dövləti bu olimpiyaya evsahibliyi etməklə Azərbaycanın inkişaf etdiyini göstərmək istəyir. Neft gəlirləri hesabına keçirilən bu oyunlara xərclənilən məbləğ qədər ölkəyə gəlir gələcəyi çox zəifdir. Azərbaycanda beynəlxalq səviyyəli idman görüşləri keçirilməsinə baxmayaraq bu ölkədə olan reallıqlar göründüyü kimi deyil.
Neft gəlirləri azaldığı üçün bu ölkə işsizlik dalğası ilə qarşılaşmışdır, dövlət gənclərin məşğulluğu üçün bir çarə yolu tapmalıdır, ancaqbunun üçün çoxlu iqtisadi resursların olması lazımdır. İ. Əliyevin təyin etdiyi icra başçıları bu ölkənin bölgələrini viranlığa çeviriblər. Bölgələrin inkişafı üçün ayrılmış büdcələr lazımsız işlərə sərf olunmuşdur, ya da dövlət məmurları tərəfindən mənimsənilmişdir.
Bakı şəhərinin ətraf bölgələri iqtisadi yoxsulluqla üzləşib və şəhərin bir çox qəsəbələrinin yolu da bərbad gündədir. İlin soyuq aylarında yağış-qar yağması yolları bağlayır və qəsəbə sakinləri üçün problemlər yaradır. Ölkənin bir çox məktəbləri təmir olunmadığı üçün acınacaqlı vəziyyətdədir və şagirdlər üçün təhlükə yaradır. Ağır iqisadi durum üzündən xalq arasında dilənçilik və fahişəlik artmaqdadır.
İslam Həmrəylik Oyunlarına dövlət büdcəsindən 100 milyon dollar xərclənməsi qərarı dövlət müxaliflərinin etirazı ilə qarşılanıb.
Ancaq müsəlman ölkələrinin İslam idman yarışlarının keçirilməsiniAzərbaycan Respublikasına tapşırmaları təəssüf doğurur. Azərbaycanın dövlət statistika komitəsinin verdiyi məlumata görə Azərbaycan cəmiyyətinin 70 faizini şiələr təşkil edir. Lakin Bakı dövləti son illərdə ölkə şiələrinə qarşı təzyiqləri gücləndirmişdir. Azərbaycanda şiə rəhbərləri o cümlədən Hacı Mövsüm Səmədov neçə illərdir ki, dövlətə qarşı çevriliş kimi əsassız ittihamlarla həbsdə saxlanılır. Digər tərəfdən təhlükəsizlik qüvvələri 2015-ci ilin son aylarında Nardaran qəsəbəsində hüseyniyyəyə hücum edərək bir neçə nəfər dindarı şəhid etdilər, Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadəni, onun bir neçə nəfər tərəfdarını və bir neçə nəfər tanınış ruhanini də dövlətə qarşı çevriliş kimi əsassız ittihamlarla həbs etdilər.
2016-cı ilin məhərrəm ayından öncə Bakı dövləti İmam Hüseynə (ə) matəm mərasimlərinin təşkilini, habelə matəm bayraqlarının küçələrə sancılmasını qadağan etdi. İndi də dini kitabların satışını yasaqlamağı öz gündəliyinə salıb. 2017-ci ilin Azərbaycanda zahiri olaraq İslam Həmrəyliyi İli elan edilməsi Bakı dövlətinin bu ölkənin dindarlarına qarşı hərəkəti ilə təzaddadır. Azərbaycan dövləti həmişə rəsmi bəyanatlarında və görüşlərində özünü İslam ölkəsi, din və məzhəbin hamisi kimi tanıdır, ancaq dindarlara qarşı öz zülmkar hərəkətləri ilə dediyi sözdə sədaqətli olmadığını göstərmişdir. İ. Əliyev dövləti ölkədə mövcud siyasətlərin üstünü örtmək üçün dindarlaraq qarşı silah saxlamaq, narkotik satmaq və digər əsassız bəhanələrlə əslində İslam dini ilə aşkarcasına mübarizəyə qalxmışdır. İslam idman yarışları Azərbaycana tapşırılsa da Bakı dövlətinin ikiüzlü və riyakar siyasəti İslam ölkələrinə bəyan edilməli və açıqlanmalıdır. Sözsüz ki, İslam dünyasında ümumi fikir Bakı dövlətinin anti-din hərəkətlərindən xəbərdar olacağı təqdirdə İ. Əliyevin açıqlamalarının yalan olduğunu başa düşəcəklər.
Hazırkı durumda müsəlmanları media vasitəsilə bu məsələlərdən xəbərdar etmək ən yaxşı həll yolu hesab olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button