ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putinin köməkçisi şimal-cənub dəhlizinin Rəştdən Astaraya çəkilən hissəsinə baş çəkib

Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin İranın yüksək rəsmiləri ilə görüşdən sonra Rəşt-Astara dəmir yolunun çəkilişi prosesi ilə yaxından tanış olub.
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin İranın Gilan əyalətinin ostandarı Əsədulla Abbasi ilə birgə helikopterdən Rəşt-Astara dəmir yolunun çəkilişi prosesi ilə tanış olublar.
Məlumata görə, “bu səfərdən məqsəd Rəşt-Astara və Rəşt – Kaspian Limanı dəmir yollarının tədqiqi və icrasını sürətləndirməkdir.”
Qeyd edək ki, İqor Levitin dünən Tehranda İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr admiral Əli Şəmxani və İranın birinci vitse-prezidenti Məhəmməd Muxbirlə görüşərək, qarşılıqlı əlaqələrlə bağlı danışıqlar aparıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button