ArxivXəbər lentiXəbərlər

Putindən Türkiyəyə S-400 jesti: XAHİŞƏ MÜSBƏT CAVAB VERDİK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şirasının toplantısından sonra birgə mətbuat konfransı keçiriblər.
qafqaz.ir-in FaktXəbər agentliyinə istinadən məlumatına görə, Putin iki ölkə arasında nüvə enerjisi sahəsindəki iş birliyinin bu gün yeni səviyyəyə daşındığını söyləyib. O, Ərdoğanla nüvə stansiyasının birinci blokunun təməlini atdıqlarını və nüvə stansiyasının qurulmağa başlandığını deyib.
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ilk reaktorun işə salınmasını hədəflədiklərini bildirən Putin, “TürkAkım ilə bağlı dənizaltında iki ayrı xətt çəkilir və qısa müddət ərzində quru hissədə də çəkiliş başlayacaq”, – deyə əlavə edib.
“Əlbəttə, müdafiə sənayesi məsələlərini də müzakirə etdik. Məsələ, Türkiyəyə S-400 RƏM sistemlərinin təhvili ilə bağlı razılaşmanın həyata keçirilməsi məsələsini də danışdıq və bu gün son dərəcə etibarlı müdafiə sistemlərinin Türkiyəyə təhvil müddətini azaltamağa qərar verdik”, – deyə Putin bildirib.
Putin S-400sistemlərinin təhvil müddəti ilə bağlı belə söyləyib:
“Türk dostlarımızın təhvil müddəti ilə bağlı xahişi oldu, biz də bu barədə müsbət cavab verdik. İstehsalını sürətləndirəcəyik və qiymət məsələsində də razılaşacağıq. Ortaq istehsala və texnologiya ixracına gəldikdə isə, bu, etibar məsələsi, siyasi əlaqə söhbəti deyil. Bu, tamamilə ticari məsələdir. Bu məsələ şirkətlər tərəfindən həll edilməlidir. Sözügedən məsələdə hər hansı bir hərbi baxışımız və hədd də yoxdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button