ArxivXəbər lentiXəbərlər

Ermənilərin pilotsuz uçan aparatı vuruldu

 Azərbaycan Müdafiə Nazirliyi bu gün Ağdam rayonu istiqamətində vurulan kəşfiyyat pilotsuz uçan aparatının taktiki-texniki xüsusiyyətlərini açıqlayıb.

Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat X-55 tipinə aiddir.

Ağdamda ermənilərin məhv edilən pilotsuz uçan aparatının xüsusiyyətləri açıqlanıb

X-55 PUA-ın qanadların açılışı 3030 mm, uzunluğu 2100 mm, kreyser sürəti 85-115 km/saat, maksimal uçuş sürəti 180 km/saatdır. Aparat havada elektrik mühərriki ilə 1.5 saat, benzin variantında isə 8 saatadək qala bilər.

Həmçinin bildirilir ki, X-55 PUA-nın maksimal uçuş məsafəsi 130 km, maksimal uçuş hündürlüyü 2000 m, maksimal tətbiqetmə uzaqlığı 85 km-dək, qalxma üsulu katapult, enmə üsulu isə paraşütdür.

Azərbaycan Ordusu tərəfindən vurulan, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın qalıqları Ağdam rayonunun Bəybabalar kəndinin ərazisinə düşüb.

Kənd sakini Tural Bayramov APA-nın Qarabağ müxbirinə bildirib ki, əvvəlcə güclü partlayış səsi eşidilib.

“Daha sonra evimizin həyətinə dəmir parçaları yağdı. Məhv edilən aparatın qalıqları kəndin təsərrüfat sahələrinə də tökülüb”, – deyə T. Bayramov qeyd edib

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə “Krunk-25” tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button