ArxivXəbər lentiXəbərlər

İŞİD Türk Konsulluğu kimi: Liviyadakı üzvlərini belə xilas edirmiş

Maide.az xəbər verir ki, Liviyada nəşr olunan “Əl-Şuruk” qəzetinin xəbərinə görə, əksəriyyətlə baş kəsmə cinayətlərini törədən və Liviya təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan İŞİD terrorçuları hər aksiyadan sonra pasportlarını İŞİD-ə verir ki, təşkilat da pasportlara köhnə tarixli “Türkiyəyə giriş” möhürü vurumuş. Beləliklə, şübhəli törədilən cinayət tarixində Liviyada olmadığını “sübut etmiş” olurdu.

 Qəzet yaxalanan bir İŞİD-çinin, “təşkilat beləliklə bizi qanuni təqibdən və cəza almaqdan xilas edirdi” sözlərini də ehtiva edən ifadəsini yayımlayıb. “Pasportuma Türkiyədə 20 gün qaldığımı göstərən möhür vurdular” deyən terrorçu, “halbuki mən o müddət ərzində burada təmizlik (cinayət demək istəyir) aktları həyata keçirirdim. Təşkilat təkcə mənə deyil, sui-qəsd və təmizlik aksiyalarına qatılan bütün gəncləri qorumaq məqsədilə eyni praktikaya müraciət edirdi” söyləyib.

 İŞİD üzvü, “pasportlardakı yanıltma məqsədli bu işin Türkiyədən başqa ölkələrin də adı keçirmi” sualına, “mən və tanıdığım bütün gənclərin pasportlarına yalnız Türkiyə möhürü vurulurdu. Başqaları varsa da, mən bilmirəm” cavabını verib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button