ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Putin ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə töhfəsindən danışıb

Putin Qarabağ münaqişəsinin dayandırılmasının Rusiyanın qətiyyəti ilə mümkün olduğunu deyib.

Qafqaz.ir -nin məlumatına əsasən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında nizamlanmaya verdiyi töhfə həlledici olub.

Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına video-müraciətində bildirib.

“Dağlıq Qarabağda münaqişənin dayandırılması Rusiyanın qətiyyətli töhfəsi əsasında mümkün olub”, – deyə V. Putin vurğulayıb.

V. Putin qeyd edib ki, Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi inamla təmin edir, humanitar vəziyyətin yaxşılaşması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox iş görür.

Rusiya prezidentinin bu açıqlamasında ərazilərin minalardan təmizlənilməsi üçün böyük işlərin görülməsi barədəki təkidlərinə rəğmən, Azərbaycan Respublikası prezidenti İlham Əliyev elə dünən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bird aha minalanmış ərazilər problemini xatırladaraq deyib: “Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var.”

İlham Əliyev qeyd edib ki, ermənilər xəritələri Azərbaycana verməkdən imtina edirlər və bu səbəbdən Azərbaycanda artıq 100-dən çox ölən və yaralanan oldu.

Rusiyanın Ərazilərin minalardan təmizlənilməsində böyük işlər gördüyünü və münaqişənin dayandırılmasına böyük töhfə verdiyini deyən Vladimir Putin Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur edə bilərmi? Ümumiyyətlə Putini bu açıqlamada nə dərəcədə səmimi hesab etmək olar? Siyasi Fəal Rəsul Mürsəlov SəhərAzəri-yə verdiyi müsahibədə Rusiyanın ikili standartdan çıxış etdiyini bildirib: “ Rusiya sülhməramlıları qondarma rejimə hər cür yardım edir amma Azərbaycana yox.”

O bildirib ki, minaların təmizlənilməsi də Azərbaycanın öz imkanları ilə həyata keçir və Rusiya ən azından Ermənistandan minalanmış ərazilərin xəritələrini belə alıb Azərbaycana vermək istəmir.

Xatırladaq ki, Rusiya prezidentinin oradakı öz video çıxışında Qarabağ Münaqişəsindən danışdığı Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı, beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik bir forumdur.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və “Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili” mövzusuna həsr edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button