ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin: Nüvə sistemləri də daxil olmaqla, Rusiyanın bir çox hərbi silahının analoqu yoxdur

“Rosatom” şirkəti çəkindirmə potensialımızın, nüvə triadamızın qüdrətinin gücləndirilməsinə, qabaqcıl silah sistemlərinin və hərbi texnikanın hazırlanmasına və döyüş növbətçiliyinə qoyulmasına böyük töhfə verir. Bu sistemlərin bir çoxunun dünyada analoqu yoxdur”, deyə Putin “Rosatom”un 15 illiyinə həsr olunan videomüraciətində bildirib.
Putin qeyd edib ki, dövlət korporasiyası ixtisaslaşdırılmış müəssisələri və elmi məktəbləri birləşdirərək nüvə tədqiqatlarını və praktiki inkişafı yeni səviyyəyə çıxardıb, Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verib. 
“Və təbii ki, bu şirkət təhlükəsiz, etibarlı və sərfəli nüvə enerjisinin inkişafı üzrə iri layihələrin həyata keçirilməsinə kömək etdi. Bu isə sosial və iqtisadi artım üçün yeni imkanların yaradılması, vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılması deməkdir”, deyə Rusiya lideri vurğulayıb. 
Prezident qeyd edib ki, dövlət korporasiyasının yaradılması nüvə sənayesi üçün mühüm qərar idi. Putinini sözlərinə görə, bütün bu illər ərzində “Rosatom” komandası qarşıya qoyulan vəzifələri səmərəli və ardıcıl şəkildə həll edərək bütün ölkə üçün əhəmiyyətli nəticələr əldə edib.
“Sizin nailiyyətlərinizdən bəziləri ölkəmizə nüvə enerjisi üzrə dünya liderləri sırasında yer almağa imkan verir və bir sıra mühüm, kritik sahələrdə Rusiyanın texnoloji müstəqilliyini təmin edir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün Rusiyada atom enerjisindən istifadə üçün elə texnologiyalar var ki, onlar bizim ölkəmizi digər ölkələr – nüvə klubunun üzvləri arasında uzunmüddətli strateji rəqabət qabiliyyəti ilə təmin edir”, deyə ölkə başçısı əlavə edib. 
Dövlət başçısı “Rosatom”un bütün kollektivinə öz təşəkürünü bildirib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button