ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin İranın yeni seçilən prezidentini təbrik edib

Rusiya prezidenti Vladimir Putin İbrahim Rəisini İranın yeni prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Rusiya prezidenti İranın yeni seçilən prezidentə ünvanladığı məktubda qeyd edib ki, iki ölkə münasibətləri ənənəvi dostluq və qonşuluğa əsaslanır: “Sizin prezident kimi fəaliyyətinizin müxtəlif sahələrdə ikitərəfli konstruktiv əməkdaşlıqların daha da inkişaf etməsi, həmçinin beynəlxalq məsələlərdə birgə addımların atılmasına şərait yaradacağına ümid edirəm. Bütün bunlar Rusiya və İran xalqlarının mənafeyinə tam şəkildə cavab verəcək və regional əməkdaşlığın möhkəmlənməsi istiqamətində irəliləyəcək”.

Xatırladaq ki, İranın Seçki Komissiyasının prezident seçkiləri ilə əlaqədar ilkin nəticələrinə əsasən, 28,6 milyon səs sayılıb. Sayılan səslərə görə, İranın Məhkəmə Sisteminin sədri və mühafizəkarlar düşərgəsinin təmsilçisi İbrahim Rəisi 17,8 milyon (62%) səs qazanıb. İranda 13-cü çağırış prezident seçkiləri ötən gün (18 iyun) keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button