AktualAktualArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Putin dövründə Kremlin gücü

 

Vladimr Putinin hakimiyyəti altında istiqamətlənmiş demokratiyanın möhkəmlənməsi ilə Rusiyada siyasi, təhlükəsizlik və hərbi anlaşma durumu mötədil vəziyyətə çatmışdır. Putin hərbiyə həvalə etdiyi işin məsuliyyətini öz üzərinə götürən bir siyasətçi olduğunu sübut etdi.

Ordu sabiq SSRİ hökumətinin əsas sütunu idi. Orduya komandanlıq etmək SSRİ-nin hakim elitasının ayrılmaz bir hissəsi sayılırdı. Buna görə də maraqlar, lobbilər, imtiyazlar və əlbəttə ki, öz mülahizəsinə uyğun olaraq ən vacib texniki qərarları qəbul edən müəyyən bir fəaliyyət sahəsi var idi. Orduya KQB, Mərkəzi Komitə və silahlı qüvvələr daxilində geniş təhlükəsizlik və siyasi aparat şəbəkəsi nəzarət edirdi. Beləliklə, hərbi sistem dövlət daxilində dövlət idi. Təzad isə ondan ibarətdir ki, bu təşkilatlanma tərzi ciddi böhran vaxtı Sovet İttifaqını cəmi 5 ay saxlaya bildi.

Qorbaçovdan Putinə qədər təhlükəsizlik və hərbi qüvvələrin vəziyyəti

Qorbaçovdan Putinə qədərki dövrdə Rusiya siyasi və hərbi sahələrdə üç müxtəlif mərhələni təcrübə etmişdir. Bu dövrdə ordu üç fərqli liderlik üslubuna malik üç fərqli prezidentlik növü gördü. Bu beynəlxalq münasibətlər əsrində hərbi və siyasi liderlər beynəlxalq mühitə və daxili hadisələrə məruz qalırdılar ki, Sovet respublikalarındakı siyasi azadlıq hərəkatlarına reaksiya və 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra uğursuz çevriliş və Çeçenistan Respublikasında iki müharibənin baş verməsi bu sıradandır. O zaman Rusiya Müdafiə Nazirliyinin birinci prioriteti strateji qüvvələr, yəni nüvə silahı və təhlükəsizlik qüvvələri, sonra isə hava qüvvələri idi. Quru və dəniz qüvvələri bu qüvvələrindən sonrakı sırada dayanırdı. Həmin səbəbdən keçid dövründə onlar ciddi şəkildə maliyyə çatışmamazlığı ilə üzləşdilər. Bəzən hətta istilik və qidalanma üçün kifayət qədər büdcə yox idi. Əsgərlər torpaq üzərində işləmək və nəqliyyat vasitələrini kirayəyə verməklə dolanmağa məcbur olurdular. 1990-cı onillikdə zabitlərin əsas narahatlığı özlərinin və ailələrinin dolanışığının təmin edilməsi idi. Əsgər və zabitlər öz gəlirlərini yoxsulluqdan yuxarı xətdə saxlamaq üçün silah-sursat və hərbi avadanlığın, hətta hərbi layihələrin satışına və ya ticarətinə üz tuturdular. Araşdırmalara əsasən, 1992-ci ildə hərbi vəzifəlilərin silah oğurluğu haqqında 4000-dən çox raport verilib. 1995-ci ilin oktyabrında Rusiya Duması Komitəsinin sədri Oxlin parlamentə verdiyi hesabatında bildirdi ki, yüksək rütbəli zabitlər mühüm hərbi texnikanın əsas hissələrini satırlar və Qafqazda bir çox arsenallar asanlıqla boşalmışdır.

Vladimir Putinin rəhbərliyi altında idarə olunan demokratiyanın möhkəmlənməsi

Vladimir Putinin rəhbərlik etdiyi demokratiyanın möhkəmlənməsi ilə bu qarşıdurma mühiti səngidi. Kremllə ölkəni xarici və daxili təhdidlərə qarşı müdafiə etmək vəzifəsi daşıyan təhlükəsizlik qüvvələri arasında münasibətlər siyasi-hərbi münasibətlər məsələsidir və bu ölkənin siyasi rəhbərliyində daxili təhlükəsizliyə və onun xarici siyasət yanaşmalarına mühüm təsir göstərə biləcək vacib elementdir. Həmin səbəbdən ikinci çeçen müharibəsində Putin fürsəti qənimət bilərək bu müharibədə güclü idarəçilik həyata keçirməklə yanaşı silahlı qüvvələrin yüksək səviyyəli komandirləri ilə yaxşı münasibət qura bildi. O cümlədən silahlı qüvvələr arasında mərkəzləşmiş sistem yaratdı və ordunun büdcəsini artırdı. Əslində, ikinci çeçen müharibəsində yüksək rütbəli komandirlər həmin dövrdə hələ baş nazir olan və artıq vəsaiti müdafiə sektoruna axıdan Putinin idarəçilik üslubunun təsiri altına düşdülər.

Bu müharibə zamanı Putin sübut etdi ki, “hərbiyə həvalə etdiyi işi öz üzərinə götürən bir siyasətçidir” və ordudan öz hakimiyyətini qorumaq üçün istifadə etməyəcək.

Putin əsrində qərarların qəbuluna və xarici siyasətə təhlükəsizlik yanaşması

Rusiyada ümumi olaraq, liderlik anlayışı hələ də öz təhlükəsizlik aspektini qoruyub saxlamışdır. Putin dövründə Rusiyada qərarların qəbuluna və xarici siyasətlərə təhlükəsizlik yanaşması üstünlük təşkil etdi. Putin prezident olduqdan sonra Rusiya Təhlükəsizlik Xidmətini (FSB) yenidən formalaşdırmağı iş cədvəlinə saldı. Bu məqsədlə 2000-ci ildə verilən fərmana əsasən, sözügedən təşkilat birbaşa prezidentin nəzarətinə keçdi. Yeni strukturda təşkilatda prezident tərəfindən təyin olunan sədr, bir nəfər sədr müavini və digər doqquz müavin, o cümlədən dövlət katibi və altı departament rəhbəri (iqtisadi təhlükəsizlik, əks-kəşfiyyat, təşkilat və şəxsi xidmət, maddi-texniki təminat, analtika və qiymətləndirmə, strateji proqnoz və  planlaşdırma, konstitusiya quruluşunun qorunması, sərhəd, elmi-texniki və antiterror) yer tutur. Yüksək vəzifəli məmurlar (FSB) qarşısında çıxış edən Putin bildirib ki, təşkilatın əsas vəzifələri xarici kəşfiyyatın qarşısını almaq, ölkənin iqtisadi və maliyyə təhlükəsizliyini qorumaq, mütəşəkkil cinayətkarlıqla mübarizədir.

Hərbi komandanlıq iyerarxiyasının başında siyasi hakimiyyət

Putinin dövründə siyasi hakimiyyət hərbi komandanlıq iyerarxiyasının başında dayandı. Müharibənin Rusiyadakı rəhbərlik tipi ilə sıx bağlılığı vardır, hətta demək olar ki, hər bir rus lideri vəzifədə tanınmazdan əvvəl müharibədə sınaqdan çıxmalıdır. Putin əvvəldən çeçen müharibəsini etnik müharibə kimi yox, sivilizasiya ilə barbarlıq arasında gedən müharibə hesab edirdi. O, terrorçu və separatçı fərq qoymurdu, dövlətarası terrorçu terminini işlətməklə, əslində daxildə hakimiyyəti cəmləşdirmək və xarici nüfuzunu nümayiş etdirmək istəyirdi. “Terrorçular evlərindən kənarda məhv edilməlidir” şüarı ilə o, bir tərəfdən güclü liderlik nümayiş etdirdi, bir tərəfdən də Rusiyanın hərbi-təhlükəsizlik camiəsində öz nəzərində tutduğu islahatları irəli aparmaq imkanı əldə edirdi.

Son qələbə; rusların strateji mədəniyyəti

Rusiya strateji mədəniyyətində yeganə narahatlıq son qələbədir və bu məqsədə çatmaq üçün maksimum zorakılığın tətbiqi qadağan edilmir. Kənar prizmadan və etik yanaşmalara əsaslanaraq belə bir məqsəd güdmək tamamilə irrasional görünə bilər, ancaq Rusiyanın öz şəraiti baxımından belə bir addım tamamilə rasionaldır. Çünki bu ölkədə hərbi və siyasi rəhbərlik arasında xüsusi qarşılıqlı anlaşma və istək var ki, bunu yalnız bu ölkədə qədimdən bəri mövcud olan siyasi hakimiyyət diskursunun kontekstində başa düşmək olar. Digər tərəfdən, Rusiya liderlərinin ənənəvi nöqteyi-nəzərindən beynəlxalq hörmət digər ölkələrin qəlbində qorxu yaratmaqla əldə edilir. Hersprinqin sözü ilə desək, Putin baş nazir olduqdan sonra generallara aydın şəkildə bildirdi ki, onların güc tətbiqi ilə bağlı fikirlərini dəstəkləyir.

Hərbi əməliyyatlara komandanlıq Putinin əlindədir

Qabaqkı iyirmi ildə Rusiya Qara dənizdəki strateji bazasını saxlamalı idi. Çünki bu Putin üçün Qərblə hərbi balansı qorumağa görə çox vacib idi. Digər tərəfdən isə o, Ukraynaya müdaxilə etməklə, ikinci prezidentlik dövründən sonra ölkədə legitimliyinin təhlükədə olduğunu gördüyüdən, xarici siyasətdə əsasən hərbi gücdən istifadə etməklə mühüm nailiyyət əldə etməyə ehtiyaclı idi. Beləliklə, Ukrayada müdaxilə etməklə və bu ölkə ərazisinin bir hissəsini Rusiyaya ilhaq etməklə millətçi sima nümayiş etdirə bildi və sovet dövrünü xatırladan imperialist siyasətlərin tərəfdarı olan siyasi qüvvələrin mühüm hissəsini özünə cəlb etməyi bacardı, hətta Rusiyanın beynəlxalq aləmdə böyük hərbi güc kimi nüfuzunu müəyyən dərəcədə dirçəldə bildi. Bu məsələ həm də hərbi komandanlığın getdikcə Putinin əlində cəmlənməsi əməliyyatından xəbər verir.

Kremldə Putinin müşavirlərinin gücü

Krımın ilhaqı ilə bağlı qərarı Sergey İvanov, Vyaçeslav Volodin, Vladislav Surkov, Aleksandr Duqin, Maksim Orşkin, keçmiş fövqəladə hallar naziri, Moskva qubernatoru və hal-hazırda müdafiə naziri Sergey Şoyqu, Sergey Lavrov və Putinin əsas müşavirlərindən sayılan təhlükəsizlik xidmətlərinin rəhbərləri də daxil olmaqla kiçik bir qrup şəxs qəbul edib. Maraqlıdır ki, bütün bu şəxslər arasından yalnız Lavrov, Şoyqu və təhlükəsizlik xidmətinin rəhbərləri Rusiyanın siyasi-təhlükəsizlik aparatlarının nümayəndələridir və qalanları Putinin şəxsi müşavirləridir. Bəzi mənbələrə görə, Putinin müşavirlər komandası hesab edir ki, “heç bir həqiqət yoxdur və həmişə alternativ həqiqətlər vardır”.

Vladislav Surkov və Ukrayna ilə gərginlik

Ukrayna böhranının pik həddə çatdığı və Ukraynanın şərq sərhədlərində gərginliyin artdığı bir vaxtda Putinin Ukrayna üzrə əsas və keçmiş müşavirlərindən biri haqda söz açmaq yerinə düşər.

Vladislav Surkov aldatma və azdırma bacarıqlarını biznes və siyasətin anlaşılmayan kəsişməsində inkişaf etdirdi. Qərb siyasətçiləri “saxta xəbər” ifadəsini silah kimi istifadə etməzdən çox əvvəl Surkov bu mövzunun təməlini qoyurdu və Rusiya bugün Qərbin idarəetmə üsullarını qarışdırmaq üçün həmin taktikadan istifadə edir.

“Siyasət sənəti, mümkün iş sənəti” və bu açar sözlə Surkov özünü nümayişi idarə edən və bütün aktyorlar üçün öz senarisində rol tapmağa səy edən bir kəs kimi görürdü. Bəzi Qərb araşdırmaçıları belə hesab edirlər ki, Surkov müstəqil demokratiya icad edib. Demokratik seçkilərin səs-küyünün yalnız bir nəticəsi olduğu sistem: Putin hakimiyyətinin davamı.

Vladislav Surkov iki il əvvəl Kreml mediasının ictimailəşdirdiyi xəbərdən sonra vəzifəsindən azad edildi.

Müəllif: Seyid Mahmud Kamalara (Zəkəriyya), siyasi məsələlər üzrə tədqiqatçı

Tədqiqata öz töhfəsini verdiyi üçün professoru və siyasi analitik doktor Hatəmiyə təşəkkür edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button