AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbil Azad Universitetinin professoru: “Azərbaycan Respublikasında saxta kimlik və tarixçiliyi tənqid etdi”

Ərdəbil Azad Universitetinin professoru: “Azərbaycan Respublikasında sionist lobbiliyi ilə güclü bir cərəyan qondarma kimlik və saxta tarix yaratma hərəkatını formalaşdırmağa çalışır.”

Ərdəbil Azad Universitetinin professoru: “Azərbaycan Respublikasında sionist lobbiliyi ilə güclü bir cərəyan qondarma kimlik və saxta tarix yaratma hərəkatını formalaşdırmağa çalışır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə keçirilən “Dünya Azərbaycanlılarının Həmryliyində Şiə Kimliyinin Rolu” konfransında çıxış edən İshaq Rəsuli deyib: “ Kommunist rejiminin süqutundan və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra siyasi cərəyanlar bu ölkə daxilində və qonşu dövlətlərdə qondarma kimlik formalaşdırmağa və saxta tarix yaratmağa, beləliklə, bu ölkə xalqının ideal düşüncələrini yayındırmağa səy etdilər . 

Professor cəmiyyətdə dini və dəyər məsələlərinə instrumental və siyasi baxışı tənqid edərək deyib: “Təəssüflər olsun ki, bizim ölkəmizdə də bəzi cərəyanlar dini-mədəni düşüncə və ideyaların neytrallığı əvəzinə, siyasi cərəyanlardan asılı olaraq yolu başqa istiqamətə yönəltməyə çalışırlar.”

İ. Rəsuli vurğulayıb ki, İranın daxilində və xaricində ən çox tənqid edilən həmin siyasiyönlü cərəyanlardır. Bu cərəyanlar bütün in s ani, elmi, mədəni və etiqadı ə sasları siyasi meydana çəkmiş, hərəkətləri və planları müəyyən bir cərəyanın xeyrinə dəyişməyə və həmin çərçivədə şərh etməyə çalışırlar .

O, əlavə edib: “Həmin tarix qondarmalar və kimlik yonmalar hərəkət yolunda təhrifə zəmin yaradıb. Belə ki, biz bugün belə sapınmış hərəkətlərin təsir və nəticələrinin şahidiyik.”

İ. Rəsuli çıxışının digər hissəsində qeyd edib ki, etnik qruplar, qəbilələr və tayfalar kimlik vəsiqəsi şəklində cəmiyyətin kimliyinin elementləri ola bilməsinə və etnik, milli və dini kimlik kimi qiymətləndirilə bilməsinə baxmayaraq, bu istiqamətdə əsas və prinsip olan, dini kimliyə və etiqada diqqət yetirməkdir ki, bu da digər sahələrə uyğunluq və bütövlük verə bilər.

Rəsuli şiəlik və dini kimliyi dirçəltmək istiqamətində bu dəyərli etnik, milli və dini prinsiplərin həqiqi bağlılığını vurğulayaraq deyib: “Məqsəd dini və şiə təlimləri şəklində bəşəriyyətin vəhdətinə töhfə verən həqiqi cərəyana məna və birlik bəxş etməkdir.

Bu prosesdə və aydın mesajda birlik və yaxınlaşma ilə yanaşı, dinc birgəyaşama da çox vacibdir və şübhəsiz ki, azərbaycanlılar bu işdə öndə dayana və şiə kimliyini gücləndirməyə kömək edə bilərlər. 

Ərdəbil Azad Universitetinin sabiq rektoru çıxışının davamında deyib: “Azəri mənşəli dil əslində Azərbaycanda və digər bölgələrdə şiə düşüncəsinin yayılmasına və təbliğinə kömək etmişdir. Bu mühüm və əsaslı hərəkatın effektivliyini etiraf etmək olar.

Biz islamın və azəri dillilərin qarşılıqlı xidmətlərini bir şanlı topluda bir yerə toplamalıyıq. Çünki şiə təfəkkürü insan i və islam i birli k ideyasından qaynaqlanaraq etnik mənsubiyyətindən, tayfasından və dilindən asılı olmayaraq yaxınlaşma üzərində təkid edir.”

Qaynaq: Mehr

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button