ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Prezident İlham Əliyevə açıq məktub

Müsəlman Birliyi Hərəkatı özünün facebook səhifəsində ölkə Prezidenti İlham Əliyevə müraciət edib. Acıq məktub formatında yayılanan məktubu olduğu kimi sizə təqdim edirik:

Azərbaycan tarixi keçmişindən milli dəyərlərin hakim olduğu bir məkan olaraq həmişə Qafqazın diqqət mərkəzində olub. Milli düşüncəyə çevrilən və tarixin sücgəcindən keçərək bizi bir xalq olaraq formalaşdıran dəyərlər hər sahənin ideal vəziyyətə gəlməsində müstəsna rola malik olub. Mənəvi təkamülə yüksələn inancın Azərbaycan cəmiyyətindəki rolu bu gün düşüncəsindən asılı olmayaq Azərbaycanın dövlətçilik əsaslarına çevrilib. Təsadüfi deyil ki, atributlarla milliləşən inanc ölkənin Allaha sevgi üzərində formalaşmış bir xalqın sabahını əyilməz və mətin edib.
44 günlük müharibədə dəyərlərin, xüsusi olaraq Allaha inancın müstəsna rolu bu gün bizə qələbəni bəxş edən əsas amillərdəndir. Bu, aksiom olaraq hər bir azərbaycanlı üçün danılmaz həqiqətdir.
Şübhəsiz, müharibə dövründə erməni vandalizminə məruz qalmış məscidlərimizin pak şəhid qanı ilə azad olunması təkcə ərazilərin düşmən tapdağından azadlığı deyil, eyni halda bu, inancın hakim olduğu Azərbaycan əsgəri, qazisi və şəhidinin bu ərazilərdə yenidən Allahın adının qaytarılaraq minarələrdən səslənməsi idi.
Ölkə rəhbəri olaraq sizin də müharibədən sonra azad olmuş ərazilərdə bərpa işləri ilə yanaşı yeni məscidlərin inşası bu gözəl dəyərlərin davamı oldu. Biz bunun davamına ümid etdiyimiz halda bəzi məmurların göstəriş və əmri ilə həmin minarələrdən adı ucalan Allahın təhqiri ilə qarşılaşdıq.
Sizcə məscidlərimizdə donuz saxlayan ermənilərlə, öz vətəndaşına işgəncə verərkən Allahı söyən məmurların arasında nə fərq var? Xalqın ruhuna qarşı atılan bu iyrənc addım heç şübhəsiz planlaşdırılmış məmur özbaşnalığıdır. Ümumbəşəri dəyərə qarşı aşağılama heç bir halda qəbul edilən olmadığı halda, bu işə rəvac verən hər bir insanlıq üzqarası olan varlıqlar bu cinayətlərinə görə ən sərt reaksiya verilməklə bu işin müqəssirləri cəzalanmalıdır. Əks halda biz xalq olaraq özümüzə, inancımıza və sonunda bu dəyərlər uğrunda şəhid olan mübarizlərimizə layiq olduqları dəyəri verməmiş olarıq.
Sizə ünvanlanan bu məktubda biz xalqın inancı, şərəf və ləyaqətinə yönəlik bu addımın günahkarlarının cəzalanması, birmənalı olaraq İslam dini və onun müqəddəs dəyərlərini işgəncə faktoruna çevirənlər barədə ciddi ölçü götürəcəyiniz gözləntisindəyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button