ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Prezident Azərbaycanın 4 səfirini geri çağırdı

Onların yerinə yeni səfirlər təyin olundu

Rəşad Məmmədov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. O, 2015-ci ildən Azərbaycanı Qazaxıstanda təmsil edir.

Onun yerinə Ağalar Atamoğlanov təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb.

İlham Əliyev Lətif Qəndilovun Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağrılması haqqında da sərəncam imzalayıb. L.Qəndilov 2016-cı ildə bu vəzifəyə təyin olunub.

Prezident Ülvi Baxşəliyevi Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Dövlət başçısının digər sərəncamları ilə Həsən Məmmədzadə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, onun yerinə isə Əlimirzamin Əskərov təyin olunub.

H.Məmmədzadə 2017-ci ildən Tacikistanda səfir vəzifəsindədir.

Eyni zamanda, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə geri çağrılıb. O, 2016-cı ildən Azərbaycanı Pakistanda təmsil edirdi.

Ə. Əlizadəni bundan sonra Xəzər Fərhadov əvəz edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button