ArxivXəbər lentiXəbərlər

İstanbulda sünni və şiələr birlikdə İmam Xomeynini yad etdilər

Dünən axşam saatlarında İstanbulda sünni və şiələr birlikdə İmam Xomeynini yad etdilər
dünən axşam saatlarında İstanbulda sünni və şiələr birlikdə İmam Xomeynini yad ediblər. Tədbir Kudus – Der tərəfindən təşkil olunmuşdu. Tədbir Quran tilavətinin açılışı ilə başlayıb. Daha sonra söz, “KudusTV”-nin direktoru Nürəddin Şirinə verilib. O, Ayətullah Ruhullah Xomeyninin həyatından danışaraq, onun mübarizəsinin əsl amacının İslam olduğunu qeyd edib. Daha sonra Nürəddin Şirin deyib: “Bəzi şeylər varki, mətbuata açıqlanmayıb. Bunlardan biri kitablarda belə qeyd edilir. İmam Xomeyni Türkiyəyə sürgün edilərkən, onu Türkiyə Xüsusi Xidmət orqan əməkdaşları ilə Şahın kəşfiyyatçıları müşahidə edirdi. Sürgünə göndərilən İmam Xomeyni iki kəşfiyyat qurumunun mühasirəsində, hər bir addımları təqib edilirdi. Bu yolla ona psixoloji təzyiq etmək fikirindəydilər. Lakin o, Ankarada Türkiyə Xüsusi Xidmətinin işçilərinə deyirki, Atatürkün qətlə yetirdiyi alimlər var. Məni onların qəbirlərinə aparın, mən o alimlərin ruhuna Fatihə oxumaq istəyirəm. Sözümün canı budur ki, o dövrdə internet olmamasına və mətbuatın inkişaf etmədiyi bir dövrdə İmam Xomeyni müsəlmanların harada yaşamasından asılı olmayaraq xəbərdar idi. Onun əsas amalı müsəlmanlar idi. Heç vaxt “Ey şiələr” deyə müraciət etməzdi. O, bir yerdə “Ey şiə və sünnilər” müraciəti etdi. Orda da, “Siz qardaşsınız, sizi bölməyə çalışsalar siz buna imkan verməyin!”- dedi”. Nürəddin Şirin daha sonra məzhəb düşmənçiliyi yaradan qüvvələrə işarə edərək dedi: “Ayətullah Xamenei ötən günlərdə, İmam Xomeyninin rehlət mərasimində “İngilis şiəçiliyi və amerikan sünniçiliyi şeytanın ortaq qardaşlarıdır” dedi. Bəli, bunların hədəfləri müsəlmanları bölmək və vahid ümmət olaraq, İmam Xomeyninin ümmətçilik prinsiplərini aradan aparmaqdır. Məzhəb düşmənçiliyindən uzaq olmaq üçün İmam Xomeyninin dediklərinə əməl etməyə borcluyuq”. Nürəddin Şirinin çıxışından sonra “İslami Dirəniş” qrupu öz mahnılarını tədbir iştirakçılarına təqdim edib. Məclis çay süfrəsi başa çatıb.  İstanbulda sünni və şiələr birlikdə İmam Xomeynini yad etdilər (Foto)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button