ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Politoloq İranla bağlı son kampaniyaya münasibət bildirdi:Gəlin İran məsələsində ədalətli olaq!

Azərbaycan Respublikasında tanınmış politoloq Nəzakət Məmmədova İrana qarşı cərəyan edən qara-piara münasibət bildirdi.

Qafqaz.ir-nin məlumatına əsasən, politoloq öz feysbuk paylaşımında yazır: “İranı müdafiə etmək üçün demirəm. Amma hər halda, İran nə İngiltərə, nə İsrail, nə də Rusiya qədər Azərbaycanın sərvətlərini sömürməyib. Gəlin, bu məsələdə ədalətli olaq. Ən azından varlı vəzifəlilərimiz gedib İsraildə müalicə olunanda, kasıblarımız da gedib İranda şəfa tapır, yaşama, həyatda qalma şansı əldə edə bilir. Cənub zonası İranla ticarətlə dolanır. Ermənistanla əlaqələrə gəlincə, dost dediyimiz, neft müqaviləsi bağladığımız İngiltərənin də Ermənistanla lap yaxşı əlaqələri var, o dərəcədə ki, Ermənistan prezidenti İngiltərə kraliçasına ana deyir, Rusiyanın da, İsrailin də. Qazaxıstan prezidentinin qızının Ermənistan prezidenti ilə ortaq biznesi var, Türkiyədəki bəzi millətçilər belə Ermənistanla ticarətə can atıblar. Siyasət çox dərin və müəmmalıdır. Biz ancaq yapışmışıq İranın yaxasından. Özümüzü aldatmayaq, realist olaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button