AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azad İslam Universitetinin şimal-qərb bölmələri Ərdoğanın cəfəngiyyatına reaksiya verib

Azad İslam Universitetinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan

bölmələrinin rektorları Türkiyə prezidentinin cəfəngiyyatına reaksiya verərək Türkiyə və Azərbaycan ölkələrinin universitetlərinə müraciət edib.

Qafqaz Həqiqətləri “ANA” İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, Azad İslam Universitetinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan bölmələrinin rektorları Türkiyə prezidentinin cəfəngiyyatına reaksiya verərək Türkiyə və Azərbaycan ölkələrinin universitetlərinə müraciət edib.

Bəyanatda deyilir:

Bismillahir-Rəhmanir-Rəhim

“Hamılıqla Allahın ipinə (İslama) sarılın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələsiniz.” (“Ali-İmran”, ayə 103)

Azərbaycan və Türkiyə ölkələrində iki dost və qardaşımız olan xalqın universitet rəhbərləri və universitet adamları

Salam aleykum!

İran İslam Respublikasının bütün Azad İslam Universitetlərindən bizim ən gözəl salam və hörmətimizi qəbul edin.

Məlumdur ki, sülh və əmin-amanlıq mübin İslam dininin əsas məqsədlərindən olaraq ilahi bir hədiyyə və ilahi elçilərin risalətidir. Həmin istiqamətdə sülh və əmin-amanlıq regionun qüdrətli ölkəsi kimi İran İslam Respublikası hökumətinin həmişə təkid etdiyi bir məsələ olmuşdur, islami cəmiyyətin vəhdəti İran İslam Respublikasının ən dərin ideologiyaları və ən aydın baxışları sırasındadır. Lakin təəssüf olsun ki, İŞİD-i yaratmaq, sərhəd gərginlikləri, təfriqəçilik hərəkətləri, dövrün düşmənlərinin ardıcıl iftiraları İslama və region xalqlarına düşmən kəsilənlərin son bir neçə ildə yürütdüyü siyasətdir və bu üslublardan faydalanmaqla bölgənin tarixi dost ölkələri arasındakı münasibətlərə xələl gətirmək istəyirlər. Düşmənlər bundan faydalanmaq üçün indiyə kimi yaranmış heç bir fürsəti əldən verməyiblər və vermirlər. Hamıya aydındır ki, qəsbkar sionist rejimi, regionda onu dəstəkləyən əlaltılarının ardıcıl məğlubiyyətləri, bu rejimlərin məhvə və süquta doğru hərəkətləri, bunların hamısı və hamısı bu şeytanarı İslam ölkələrinin müttəfiq sırasına zərbə vurmaq üçün dövlət adamlarının davranış və sözlərindən də istifadə etməsinə səbəb olmuşdur. Əlbəttə, onların son hədəfləri regionda sionist rejimini təsbit etmək, möhkəmləndirməkdir. Allahın lütfü ilə onların bu röyası təbirolunmaz qalıb və bu mövzu gerçəkləşməyəcək. İslam dünyasının düşmənlərin müxtəlif mədəni, iqtisadi, siyasi və s. kimi hücumları ilə üzləşdiyi bu qarışıq vaxtda bütün müsəlmanlar, əsasən də İslam ölkələrinin dövlət adamları və rəsmilərinə vacibdir ki, vaxtı və bu kimi hərəkətlərin pərdə arxasında gizlənmiş məqsədlərini dəqiq tanımaqla öz diplomatik açıqlamalarında daha çox diqqətli olsunlar, düşmənlərin sui-istifadəsinə şərait yaratmasınlar.

Azərbaycan Respublikasında keçirilən hərbi qüvvələrin parad mərasimində baş verənlər sübut etdi ki, Türkiyə prezidenti, onun məsləhətçiləri də tarixi və strateji səhvə düçar olublar, regionun tarix və kimliyini kifayət qədər tanımayıblar.

İran İslam Respublikası və Azərbaycan Respublikasının iki böyük xalqı arasında etiqad, mədəniyyət, adət-ənənə, xüsusilə də qonşuluqdan qaynaqlanan həmrəylik əbədi olaraq qalacaqdır. Buna subut olaraq mərhum Heydər Əliyevdən (İlhamın atası) ilhaq barədə soruşulduqda dedi: “Bu fikri ortaya atanlar dəlidirlər! Çünki əl bədənə ilhaq olmalıdır, bədən ələ yox!” Bu qeyrətli və azad xalq qərəzli və siyasətdə xam olanların suyu bulandıraraq balıq tutmalarına icazə verməyəcək.

Alicənablar və əziz həmkarlar

Yaxşı bilirsiniz ki, hər ölkənin alim və universitet adamları vədəndaşı olduğu camiənin elmi rasionallığının mərcə yeri, hətta o cəmiyyətin siyasi elitasıdır. Ona görə də İranın şimal-qərb əyalətlərinin universitet adamları və müəllimlərinin dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə universitetlərindəki həmkarlarından gözləntisi budur ki, yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək prinsipi üzündən öz dövlət adamlarına doğru yolu göstərmək və onların davranışlarını islah etmək məsələsindən qafil olmasınlar. Hər iki qonşu ölkənin elmi elitasının vəzifəsi budur ki, öz dövlət adamlarına xatırlatsınlar:

birincisi, bugünkü çox həssas bir zamanda İslam dünyası üçün lazım olan ilk və son zərurət islami vəhdətdir, islami vəhdətdir;

ikincisi, dövlət adamlarınıza deyin: beynəlxalq hüququn ilk dərsi budur ki, heç bir dövlətin digər dövlətin ərazi bütövlüyünə zidd olan hər hansı hərəkət etməyə haqqı yoxdur (BMT-nin Nizamnaməsi, 2-ci maddə), bu zəruri və ilkin prinsipi bilməməzlik, yaxud ondan qafil olmaq, hətta bu prinsiplə zidd olan ani həyəcan üzündən də edilən hər hansı hərəkət, həmin ölkənin siyasi simasına ləkə gətirir.

Ona görə də, çox açıq şəkildə Türkiyə prezidentinin müdaxilə xarakterli hərəkətini pisləyir və elan edirik ki, 8 illik Müqəddəs Müdafiədə, habelə Allahın güc və qüvvəti ilə islami müqavimət cəbhəsində əvəzsiz rolu ilə azad millətlərin zehinlərində uca məqamlara yüksəlmiş İranın böyük xalqı öz əmin-amanlıq və oyaqlığını qorumaqla bu mövzunun İran və Azərbaycan ölkələri və xalqları arasındakı münasibətləri korlamasına icazə verməyəcək.

Allahın salam, mərhəmət və bərəkəti olsun sizə

12 dekabr 2020

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button