ArxivXəbər lentiXəbərlər

Piter Teys: Ermənistan bütün dünyaya təhdiddir

“Ermənistan qonşusu olan Azərbaycana qarşı terror törədib. Bunun nəticəsində Azərbaycan xalqı itki və acılar yaşayıb”.

qafqaz.ir faktxeber.az-a  istinad xebere  gore.Bu sözləri amerikalı jurnalist, siyasi təhlilçi Piter Teys Bakıda “Azərbaycan multikhlturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Avropa İttifaqı, ABŞ kimi aparıcı qlobal güclər ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi terrora səssiz qalır: “Mən dünyanı Robert Köçəryan və Serj Sarkisyanın faşist rejiminə reaksiya verməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ vasitəsi ilə dünyaya narkotik vasitələr ixrac edir. Bundan Qərb də əziyyət çəkir. Ermənilər Azərbaycanın etno-mədəniyyətinə, ətraf mühitinə ciddi zərər vurub. Ermənistan Avropaya və bütün dünyaya təhdiddir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button