ArxivIslamXəbər lentiXəbərlər

Bakının mərkəzində “Hacı Cavad məscidi”ni də sökmək istəyirlər

Dünən cümə namazından sonra özünü Mədəniyyət və Turizm Nazirliyi nümayəndələri kimi təqdim edən bir neçə şəxs məscidə gələrək bildiriblər ki, “2 gün ərzində məscid söküləcək, məscidi boşaldın.”
“Sovetski” kimi tanınan ərazinin sökülməsi zamanı bir sıra tarixi binalarla yanaşı, həm memarlıq, həm də tarixi əhəmiyyəti olan bir neçə məscid də söküldü. Halbuki hələ söküntülərə başlamamışdan əvvəl tarixi binaların və məscidlərin sökülməyəcəyi ilə bağlı açıqlamalar verilsə də elə ilk olaraq onlardan başladılar. Sökülən məscidlər fəaliyyət göstərmədiyi üçün ciddi etiraz doğurmadı.

İslam.az-ın əldə etdiyi məlumata görə bu dəfə “Sovetskidə” yüzlərlə insanın gəldiyi”Hacı Cavad” məscidinisökmək istəyirlər. Bir müddət əvvəl məscid rəhbərliyinə bildirilmişdi ki, narahatlığa əsas yoxdur, məscid sökülməyəcək. Lakin bu gün cümə namazından sonra özünü Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən bir neçə şəxs məscidə gələrək bildiriblər ki,”2 gün ərzində məscid söküləcək, məscidi boşaldın.”Hadisə gözlənilməz olduğu üçün məscid rəhbərliyi də çaş-baş qalıb və camaata bu barədə nə deyəcəklərini bilməyiblər. Görünür məscidin sökülməsini istəyən qüvvələr bunu sakitliklə etmək istəyirlər. Həftə sonu olduğundan istifadə edib “dərə xəlvət tülkü bəy” prinsipini işə salmaqda niyyətlidirlər.

Qeyd edək ki, son günlər digər bir məscid – İlahiyyat məscidinin sökülməsi də gündəmə gəlmişdi. Ötən həftənin cümə günü kimlərsə məscid rəhbərliyinə demişdi ki, “bu gün son cümə namazınızdır. Məscid söküləcək.” Lakin sonra həm DQİDK, həm də QMİ məsələni təkzib etdi. Sanki kimlərsə dindarlarda qıcıq yaratmaq və buna veriləcək reaksiyanı yoxlamaq istəyir.

Onu da əlavə edək ki, bir neçə il əvvəl Günəşlidə yerləşən “Fatimeyi-Zəhra” məscidini sökmək qərarı alınmışdı. Lakin Prezident işə qarışandan sonra bundan imtina edildi. Amma uzun müddətdir ki, məscidin tikintisinə de icazə vermirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button