ArxivNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Pentensiar Xidmət rəsmisi Abbas Hüseynlə bağlı açıqlama verdi

Nardaran məhbusu Abbas Hüseynin saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsində 10 nəfər nəzarətçi tərəfindən içgəncə verilməsi və döyülməsi ilə bağlı məlumat aldıq.

Bu barədə məhbusun anası Rəhimə Hüseynova məlumat verib: “Oğlum rəislə görüşüb, onunla ailəvi görüş barədə icazə haqqında danışıb. Yerinə qayıdanda nəzarətçilərdən biri onunla söyüşlə danışıb. Abbas nəzarətçiyə söyüş söyməyini irad tutub. 10 nəfər töklüblər oğlumun üstünə döyüblər. Oğlumu görmək istəyirəm, onun səhhətindən xəbər tutmaq istəyirəm, zəng etdiyim adiyyatlı qurumların heç biri telefona cavab vermir. Mən hara deyim dərdimi?”

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Vetenugrunda.az-ın məsələ ilə bağlı sualını cavablandırarkən Abbas Hüseynin döyülmədiyini iddia edib: “Abbas Hüseyn və ya digər məhbusun döyülməsi mümkün deyil. Bu barədə yayılan məlumatları düzgün xəbər deyil”.

Qeyd edək ki, siyasi məhbus Abbas Hüseynlə əlaqə saxlaya bilmədik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button