ArxivIslamXəbər lentiXəbərlər

Camaat namazında möminlər üçün məkruh olan əməllər…

Camaat namazında məkruh olan əməllər:

1-Camaat namazında əgər bir sırada yer varsa təkcə durmaq məkruhdur, 

2-Camaat namazında imamın “Qəd Qamətis-salat” deyəndən sonra iqtida edənlə imamın danışması məkruhdur,

3-Səfərdə olaraq namazını (zöhr, əsr və işa) qəsr qılan şəxs üçün səfərdə olmayan şəxsə iqtida etməsi məkruhdur,

4-Səfərdə olmayan şəxsin zöhr, əsr və işa namazlarında səfərdə olaraq namazını qəsr qılan şəxsə iqtida etməsi məkruhdur,

5-Cüzam xəstəliyi olan şəxsin sağlam namazqılanlara pişnamazlıq etməsi məkruhdur,

6-Şəri cəzalandırılması olan, yəni günahkar olan və İslam dövlətində cəzalanmış şəxsin tövbə edəndən sonra imam olması məkruhdur,

7-Küfr dövlətində yaşayan şəxsin, islam hökumətində yaşayan insanlara imamət etməsi məkruhdur, 

8-Təyəmmüm alaraq namaza duran şəxsin dəstəmaz və ya qüslla təharət alan insanlara imamət etməsi məkruhdur,

9-Əgər namazın ortasında imam üçün namazı davam etmək mümkün olmasa birinci səfdə duran iqtida edən şəxs imamı əvəz edərək camaat namazını davam etdirə bilər, amma namazın əvvəlindən namaza qoşulan şəxsin imamı əvəz etməsi məkruhdur,

10-Camaat namazında iqtida edən şəxsin zikri hündürdən deməsi o həddə ki, imam onun səsini eşidə, məkruhdur,

11-Kor olan şəxsin görmək qabiliyyətində heç bir olmayan şəxsə imam dayanması məkruhdur. seyedhadi3.blogfa

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button