ArxivIslamXəbər lentiXəbərlər

Məsumların və şəhidlərin məzarını ziyarət etməyin insanlara nə kimi faydaları var -Müsahibə

Ziyarət sözü lüğətdə görüş, termində isə şəfaətli məsumlar qarşısında hazır olub, ilahi insanlarla ruhani görüşməkdən ibarətdir. İman və məsum rəhbəri ilə qəlbi bağlılıq rabitəsi yaratmaq, özünü İmamın pənah və feyz zonasında qərar verməkdir.
Ziyarət bircə an belə hidayət etmək, yönəltmək və təmin fikrindən qafil olmayan və bütün bərukətin ömrünü xalqın təmin və tərbiyəsinə sərf etmiş (ilahi) rəhbərlərə hörmət qoyub onları uca tutmaq deməkdir. Bütün ömürboyu fədakarlıq və güzəşt edən məsum alim və hörmətli şəxslərə baş çəkib, onlara minnətdarlıq etməkdir.  Minnətdarlıq həm dini sütünlarımız olan məsumlar və eyni zamanda vətənin dövlətin uca tutulması uğrunda canından keçən şəhidlərə olunar. Təbii ki, bunlar üçün onların mübarək məzarını ziyarət edib, ruhlarına dua oxuyub salavat zikr etməklə daha gözəl olar.  Lakin bəzi insanlar ziyarətin mahiyyətini dərk etməz, bəzi əqidələr bunu edənlərə şirk əhli kimi baxar.  Halbuki ziyarət yuxarıda sadalanan ən gözəl məqamları özündə cəmləyir. Bəs görəsən şiə əqidəsində ziyarət nə deməkdir? Məsum və şəhidləri ziyarət etmək şirkdirmi? Ümumiyyətlə doğru və yanlı. Olan nədir? Bu kimi suallarımıza cavab tapmaq üçün Sumqayıt  İmam Sadiq (ə) məscidinin axundu Hacı Mirfəyyaz Fəttayevə müraciət etdik. İlahiyyatçı F.Mirfəyyaz Hədəf14.az-a bildirdi ki, dini dəyərlərin getdikcə zəiflədiyi bir dövrə bu çox aktual mövzudur.

“Əvvəla bu mövzuya toxunduğunuz üçün bütün kollektivinizə dərin minnətdarlığımı bildirib işlərinizdə uğurlar diləyirəm. Hər birimizi narahat edən, daha çox haqqında danışılan ziyarət mövzu həmişə insanlar tərəfindən birmənalı qarşılanmayıb. Təəssüf ki, ziyarətin mahiyyətini dərk etməyənlər, bunun həyatımıza nə kimi faydasının olduğunu bilməyənlər bilib-bilmədiklərini danışırlar. Dəyərlərin, biraz ucuzlaşan, insanların adət-ənənələrinə qarşı laqeydləşdiyi bir zamanda bu cür mövzulara toxunmaq çox gözəldir. Yaradılış dünyasının ən ali sinfi olan insan üçün Allah qanunları və peyğəmbərin sünnəti hər zaman dəyərli olub. Qaldı ki, ziyarət məsələsinə, bu hz peyğəmbərin (a.s) sünnətindəndir və kökü gedib həm onun həyatındakı rəftarına, həm də Qurani Kərimə söykənir. Qurani Kərimə söykənir dedikdə, yəni Allah bu müqəddəs kitabda əksər yerdə buyurur ki,: “İtaət edin Allaha” və onun arxasınca deyir: “İtaət edin,  onun  rəsuluna”.  Eyni zamanda bir neçə surələr var ki, biri də  Ənfal surəsinin 2-ci ayəsində buyurur ki,  “əgər mömünsünüzsə, itaət edin Allaha və onun peyğəmbərinə”. Deməli Allaha itaət onun əmrlərinə tabe olmaqdır. Bəs peyğəmbərə itaət nə deməkdir? Bu isə peyğəmbərin (a.s) sünnətinə əməl etməkdir. Allah peyğəmbəri bəndəsi üçün nümunə verib. Onun bütün davranışları bizə örnəkdir. Hz peyğəmbərimiz (a.s) özü də ziyarətlərdə olub. Buna misal Uhud şəhidlərinə olan müasibətini, öz ata anasını ziyarət etdiyini göstərmək olar.  Eyni zamanda rəsullahdan hədislər var ki, ibrət naminə qəbirstanlıqları ziyarət edin. Deməli bunlar biz bəndələr üçün ibrətdir. Qaldı ki, dünyadan köçənlərə, Allah onları iki sinfə bölüb. Onların bir qisminə “siz onlara ölü deməyin, diri bilin” əmrini verir.  Deməli məsumlarımız  və şəhidlərimiz da bizim üçün diridi və hər zaman yaşayırlar”.

Imam Baqir (ə) buyurur ki, bizim hədislərimiz yaz fəslinin əhəmiyyəti kimidir. Yaz fəsili hər ilə dirilik gətirdiyi kimi bizim hədislərimiz də qəlblərə dirilik gətirər. Deməli biz müqəddəsləri ziyarət etməklə özümüzü düzəldirik. Məsələn, Kərbəlaya yaxud da Məşhədə gedirik.  İlk öncə insan ziyarətinə getdiyi şəxsin kimliyini, onun həyat tərzini və əsrlərlə niyə bu qədər əzəmətli qaldığını öyrənməyə çalışır. 1400 il heç də az müddət deyil. Lakin insanlar buna hər il daha təzə kimi davranır. Yorulmadan və bezmədən, hətta 30-40 dəfə ziyarət edir. Həm zamanını, həm madiyyatını bu yolda xərcləyir. Yenə də ruhdan düşmür. Görəsən bu niyə belədir? İnsan bunları  özünə sual etsə, demək olar ki, sualların çoxuna cavab tapar. İmam Rza  (ə) insanlığın bariz nümunəsidir. Onun hədisləri bizim üçün tükənməz dərəcədə bərəkətli və faydalıdır. Tutaq ki, imam Rzanı (ə) ziyarətinə gedirəm. Mən başlayıram bu şəxs haqqında məlumat toplamağa. Mənə maraqlıdır ki, bu şəxs necə Allahın dostu olub. Bəs Allahın dostuyla dost, düşməniylə necə düşmən olub. Onun siyasi, ticari addımları, qonşuyla münasibəti necə olub ki, bu dərəcədə izzətli və şərəfli olub? İnsan bunları axtarıb tapsa, şübhəsiz özündə düzəlişlər edəcək. Ticarətdə, siyasətdə və digər sahələrdə xeyli düzəliş edə bilər. Həyatının düzgün tərzdə getdiyini görən şəxs bundan sonra bu şəxslərə qarşı sevgisi daha da artar. Beləliklə dəyərlərə və məniyyata üstünlük verən insan  ziyarətə getmək istər və bunu özünə bir borc kimi bilər. Çünki bütün bu müsbət əməlləri imamın həyatından öyrənib. Ona görə də ziyarət haqqının boynuna gəldiyini hiss edər. Əsas da odur ki, hər bir şəxs bu ziyarətdən yaxşı mənada dəyişilib qayıtmalıdır. Ətrafı bu insanda müqəddəs ziyarət qoxusunu hiss etməlidir. Baxıb nümunə götürməliyik ki, nə gözəl dəyişilib bu insan. “Keşkə mən də gedərdim o ziyarətə” – hissi ilə alışıb yanmalıdır. Beləliklə ziyarətlərimiz və məsumlarımız doğru təbliğ olunmalıdır”.

“Bu yaxınlarda üzücü birşey eşitdim. Bu da mənə çox pis təsir etdi. Eşitdim Kərbəla-Ərbəin ziyarətində bir iki nəfər zəvvarlar Kərbəlada aralarında müəyyən anlaşmamazlıqdan küsüblər və bu küsülülük vətənə qədər davam edib. Əsl ziyarətdən gələn insanlar öz zəvvar yoldaşlarıyla münasibətini davam etdirər, bir-birləri ilə möhkəm dost bəzən isə qohumluq belə yarana bilər. Hətta ziyarəti doğru şəkildə həyata keçirən şəxs o qədəfr dəyərli olar ki, hətta onu yaşına başına baxmayaraq  elçiliyə, qan bağlamağa və digər dəyərlərimiz üçün vasitəçi  kimi istifadə edilirdi. Çünki o şəxsdə imamların ətri və  nəfəsi var.  Bu cür ziyarətlər insanda mənəvi ağırlıq və məsuliyyət yaradar. Günahla öz arasında divar yaranar. “Mən hacıyam”, “kərbəlayiyəm” yaxud da “məşədiyəm” bunu etsəm böyük günah etmiş olaram deyərək düzgün iman təqvaya yetişə bilərlər. Beləliklə bu dünyada izətli yaşamaq üçün bu ziyarətlər güzgü olar”.

Təəssüf ki,  çox vaxt bu ziyarətləri dərk etmirik. Zahirdən dərk etsək də daxildə edə bilmirik. Ona qalsa bizi bu səfərlərə aparan nəqliyyat vasitələri də kərbəyai məşədi olardı. Elə deyil vallah. Əsl zəvvar günahlarına tövbə edib, onlara göz yaşları içində “əlvida” deyib səfərə çıxmalıdır. Günahlarına artıq sənin qulun olmayacam deyənlərdir kərbəlayi…”

Bütün günahlarına ziyarətlərdə son qoyub təmiz geri dönməlidir. Amma təəssüf ki, biz bu gün günah edərək ziyarətə gedirik”.

“Həsən Təbətəbai adlı bəsirət məşhur alim var Məşhəddə dini xidmətləri var. Deyir bir dəfə gəldim Tehrana gözümdən əməliyyat olunmağa. Orada bir tacirlə qarşılaşdım mənə dedi gedirəm Məşhədə ağanı ziyarətə.  Dedim iltimasi dua inşallah. Sən get mən də gələcəm görüşərik, qismət olsa. Elə oldu ki, müalicəm uzun çəkdi və mən Tehranda qalası oldum. Bir gün yuxuda gördüm ki, imam hərəmdə öz zirehinin üstündə oturub. Hər kəs ziyarət edir. Gördüm bu tacir ordadır əlində bir ox var çəkib imama doğru atır. İmam da bu oxu əli dəf edir. Keçdi əks tərəfdən bir dənə də ox atdı bunu da imam dəf etdi. Yuxudan çox narahat oyandım. Öz-özümə dedim ilahi, bu nə yuxu idi. Bir də gördüm tacir ziyarətini bitirib geri dönüb. Soruşdum necə ziyarət etdin. Dedi əla, çox yaxşı ziyarət etdim. Yuxunu danışanda isə tacir ağlamağa başladı. Dedim axı sən imama nə etmisən ki, bu yuxunu gördüm. Tacir başladıdanışmağa ki, ağa, daha səndən nə gizlədim sən görmüsən bunu. Zirehə yaxınlaşanda o biri üzdə bir xanım gördüm ona  bir könüldən min könülə vuruldum.  Naməhrəm olmasını unutdum əlimi uzatdım ona, xanım tez əlini çəkib saldı çarşabının altına. Düşdüm bu xanımın arxasıyca 3 dəfə u hərəkəti təkrar etdim. Sonda xanımın da diqqətini çəkdim. Beləliklə həmin xanımla Tehrana qədər gəldik. Dedim, vay vay, sən burdan Məşhədə imama ox atmağa getmişdin?…

“Yəni biz ziyarətə getmək üçün evdən çıxarkən “ora günahlarımıza tövbə etməyə, ağalardan tövsiyyə almağa gedirik”deyib yola çıxmalıyıq. Allah günahlarımızı bağışlasın, ziyarətlərin mahiyyətini dərk edənlərdən, tövbəkarlardan olaq inşallah!”.

Xatun Etibarqızı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button