ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Paşinyan: Heç kimə dəhliz verməyəcəyik

Ermənistanın baş naziri sərhəddə gedən qanlı toqquşmalar fonunda bu ölkə ərazisindən heç kəsə dəhliz verilməyəcəyi bəyan edib.
Qafqaz.ir-nin məlumatına əsasən, Nikol Paşinyan sentyabrın 13-də Ermənistan parlamentində çıxış edərək deyib: “Azərbaycan 9 noyabr 2020-ci il tarixli bəyanatını dəyişdirərək, Ermənistan ərazisindən dəhlizdən danışır. Bizim mövqeyimiz isə ondan ibarətdir ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz vermək fikrində deyilik.”
Baş nazir eyni zamanda xatırladıb ki, rəsmi İrəvan Ermənistan ərazisindən keçən yolların açılmasında və blokadadan çıxarılmasında maraqlır. Belə ki, bütün region ölkələri bu yollardan istifadə edə bilər, o cümlədən Ermənistan, Azərbaycan.
Onun sözlərinə görə, 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndi yolların blokadadan çıxarılması ilə bağlıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button