ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paşinyan Əliyevin görüşdən imtina etməsindən təəssüfləndiyini deyir (yenilənib)

Brüssel, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycanın Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 5-də keçirilməsi nəzərdə tutulan və Azərbaycan Prezidenti İlham Əliyevin imtina etdiyi Qranada görüşündən danışıb.

Paşinyan deyib ki, görüş baş tutardısa, dönüş əhəmiyyətli sənəd imzalana bilərdi.
Baş nazir bu barədə oktyabrın 4-də hökumətin iclasında müxalifətin etirazına münasibət bildirərkən danışıb.
Biz Qranadaya səfərimizi təsdiqlədik. Çox konstruktiv və nikbin idik, çünki düşünürdük ki, dönüş əhəmiyyətli bir sənəd imzalamaq şansı var. Əslində, bu səhərə qədər bu ehtimalı çox yüksək qiymətləndirmişik. Bu, marionet müxalifətin dağıdıcı sənəd kimi təqdim etməyə çox çalışdığı bir sənəddir. Aydındır ki, heç kim hava limanına gedən yolu kəsə bilməz, ona görə də nə baş verdi? Məlum oldu ki, planlaşdırılan görüş ümumiyyətlə və bizim günahımız olmadan baş tutmayacaq”, – deyə Paşinyan əlavə edib.
Paşinyan bildirib ki, artıq Qranadaya Ermənistanın xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibinin də daxil olduğu nümayəndə heyəti göndərilib.
Biz səfəri ləğv etməmişik, ora gedəcəyik, görüşlər keçirəcəyik, mövqelərimizi daha ətraflı təqdim etməyə çalışacağıq”.
O, Əliyevlə görüşün baş tutmayacağına təəssüfləndiyini vurğulayıb:
Amma ümid edirik ki, masa üzərində olan konseptual sənəd əlverişli vaxtda imzalanacaq. Mən bu müqaviləni imzalamağa hazıram və çox təəssüf edirəm ki, sabah çox vacib qərarın qəbul edildiyini açıqlamaq imkanım olmayacaq”.
Baş nazirin sözlərinə görə, imzalanacaq sənədin Azərbaycanın maraqlarına zidd, Ermənistanın maraqlarına tam uyğun olduğunu düşünməyə ehtiyac yoxdur.
Səbəb kimi Türkiyənin görüşə çağırılmadığı göstərilir
Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib.
Bu barədə hökumətə yaxın media resursları məlumat yayıb.
Bildirilir ki, Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla Qranadada keçiriləcək görüşə getməkdən imtina edib.
“Buna səbəb nəzərdə tutulan beştərəfli görüşün iştirakçılarından biri olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib”, – deyə məlumatda qeyd olunur.
Türkiyə mediası Rəcəb Tayyib Ərdoğanın İspaniyaya səfərinin xəstəliyi səbəbindən ləğv edildiyi haqda məlumat yayıb.
“Ərdoğanın xəstəliyi səbəbindən AKP Qrup toplantısı baş tutmayacaq. Onun xəstəliyinin soyuqdəymə olduğu bildirilib”, – deyə vurğulanır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, Azərbaycan xoşməramlı təklifləri Avropa İttifaqından qəbul edirdi, ayrı-ayrı ölkələrdən yox:
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az
“Fransanın israrlı şəkildə bu məsələdə bitərəfli iştirakı qəbuledilməzdir”.
Tofiq Zülfüqarov hesab edir ki, sülh danışıqları Tbilisdə də davam edə bilər:
Bilirsiniz, bu dövlətlərin hamısı öz maraqlarını güdürlər, sülh prosesi isə arxada qalır. Gürcüstan hakimiyyəti dəfələrlə Tbilisini danışıqlar üçün təklif edib, vasitəçilərsiz orada da görüş mümkündür”.
Siyasi şərhçi Anar Məmmədli isə tərəflər arasında konsensusun əldə olunmadığını güman edir:
“Bu cür görüşlərdə vasitəçilər əvvəlcədən razılaşdırılmalıdır. Görünür, rəsmi Bakı ilə razılaşma olmadığından ölkə başçısı Qranadaya getməkdən imtina edib”.
Anar Məmmədli Türkiyənin belə görüşlərdə iştirakını vacib və əhəmiyyətli sayıb:
Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV
Çünki sülhün davamlı olması, Ankara-Yerevan münasibətlərinin yaxşılaşmasına belə görüşlər kömək edə bilər. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişində Türkiyənin tərəf olması proseslərin xeyrinədir. Hətta deyərdim ki, Türkiyə bir sıra Avropa dövlətləri ilə müqayisədə sülhə daha çox töhfə verə bilər. Ona görə mənim üçün anlaşılmazdır ki, Avropa ölkələri Türkiyənin Qranada görüşünə nədən maraqsız yanaşırlar. Bu, sual doğurur, çünki Türkiyənin iştirakı prosesə ziyan gətirməz”.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.
Separatçı respublika nə vaxt yaranıb?
1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.
Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.
Qarabağda son əməliyyatlar
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
İkinci Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button