ArxivXəbər lentiXəbərlər

​Taleh Bağırov ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edib

Müsəlman Birliyi Hərəkatı təşkilatın sədri Taleh Bağırovun vəkilləri Cavad Cavadov və Elçin Sadıqov onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət edib.

Bu barədə “Report”a C.Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, T.Bağırovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün ərizə bu gün Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan təşkilatın sədri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi T.Bağırovun apellyasiya şikayətini təmin etməyib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button