ArxivIslamXəbər lentiXəbərlər

Pakistanda böyük şiə alimi vəfat edib

Pakistanlı məşhur mütəfəkkir Əllamə Talib Cövhəri fani dünya ilə vidalaşıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, Pakistanın böyük şiə alimi, natiq və təbliğçi Əllamə Talib Cövhəri xəstəlikdən sonra Məbudun görüşünə tələsib.

Böyük alim 15 gün bundan əvvəl müalicə üçün Pakistanın Kəraçi xəstəxanasına yerləşdirilmişdi, lakin yaşının çoxluğu üzündən yaranmış bərk zəiflikdən vəfat edib.

Əllamə Cövhərinin təşkil etdiyi İmam Hüseynə (ə) aid məclislər o qədər həyəcanlı və izdihamlı olurdu ki, televiziya kanalları onları canlı yayımlayırdı.

Tanınmış mütəfəkkir 1939-cu ildə Hindistanın Bihar əyalətində dünyaya göz açmışdı və Pakistanın müstəqiliyyindən sonra 1949-cu ildə bu ölkəyə mühacirət etmişdi.

Onun Ayətullah Sistani ilə yaxın münasibəti var idi və uzun müddət idi ki, Kəraçi şəhər İmamiyyə Cəmiyyətinə sədrlik edirdi.

Böyük şiə aliminin vəfatının ardınca Pakistanın prezidenti Arif Ələvi, baş naziri İmran Xan və digər tanınmış siyasi simalar başsağlığı veriblər və onun vəfatını ağır itki adlandırıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button