AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Övladın mənəvi tərbiyəsi

Həyat yolu 13

 

İslam dini övladın tərbiyəsi kimi önəmli vəzifəni əsasən, ananın öhdəsinə qoymuşdur. Çünki saleh bir nəsilin təməlini qoya bilən, anadır. Ona görə də övladın mənəvi təkamülü və düzgün tərbiyəsi ilə bağlı bir sıra göstərişlər vermişdir ki, ana tərbiyə proqramında onları özünün sərlövhəsi etsin.

Həzrət Zəhra (ə) övladlarının cismi tərbiyəsindən daha çox onların ruhi tərbiyələrinə, mənəvi ehtiyaclarına diqqət yetirirdi. Bu mühüm mövzu həzrətin davranışında açıq-aydın görünür.

Ayə

«يا بُنَيَّ أَقِمِ الصَّلاةَ وَ أْمُرْ بِالْمَعْرُوفِ وَ انْهَ عَنِ الْمُنْکَرِ وَ اصْبِرْ عَلیٰ‏ ما أَصابَکَ إِنَّ ذلِکَ مِنْ عَزْمِ الْأُمُورِ وَ لا تُصَعِّرْ خَدَّکَ لِلنَّاسِ وَ لا تَمْشِ فِی الْأَرْضِ مَرَحاً إِنَّ اللَّهَ لا يُحِبُّ کُلَّ مُخْتالٍ فَخُورٍ»

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!”

(“Loğman” surəsi, ayə 17-18)

Hədis

«الامام الصادق عَلَيْهِ السَّلامُ: بادِرُوا اَحْداثِكُمْ بِالْحَديثِ قَبْلَ اَنْ يَسْبِقَكُمْ اِلَيْهِمُ الْمُرْجِئَةُ.»

İmam Sadiq (ə) buyurub: “Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb, onlara islami hədisləri öyrədin.”

(“Kafi”, c. 6, səh. 47)

Ənənə

Bir gün anam mənə dedi: – Qızım Zeynəb! Mənə bir qabda su gətir.

Mən suyu gətirəndə anam namaz qılırdı. Suyu onun qarşısında yerə qoydum. Namazı qılıb qurtardıqdan sonra ayağa qalxıb, Həsən (ə) və Hüseynin (ə) yanına gəldi. Onlar təzə yuxuya getmişdilər. Anam onların əlini suya qoydu və yavaşca üzlərini nəvaziş etməyə başladı ki, yuxudan oyansınlar!

Soruşdum: – Anacan! Onları nə üçün yuxudan oyadırsan?

Dedi: – Qızım, bu gecə Qədr gecəsidir. Hər kəs bu gecə yatsa, Qədr gecəsinin bərəkətindən məhrum olar.

(“Dəaimul-İslam”, c. 1, səh. 181)

Hekayə

İmam Xomeyninin (r) yanında oturmuşduq. Ananın tərbiyədəki rolundan danışırdı. Sözü bitdikdən sonra ondan öz anasının tərbiyə üslubu barədə soruşdum.

İmam (r) bir anlıq sükut etdi, başını aşağı saldı, sanki anasının xatirəsinə daldı. Anası haqda çox hörmətlə danışdıqdan sonra dedi: “Mən dindarlıq dərsini anamdan öyrənmişəm. Bizi mənəviyyatla tanış edən anam oldu. Həmçinin rəhmətlik bibim bizə ictimai münasibətləri öyrətdi. Mən bu iki böyük şəxsiyyətə borcluyam.”

(Ayətullah Mehdi Ənsari Qumidən bir xatirə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button