ArxivIslamXəbər lentiXəbərlər

Londonda İmam Hüseynin (ə) adında ən böyük qanvermə aksiyası keçirildi

“İmam Hüseyn (ə) naminə qanvermə kampaniyası” adı altında Böyük Britaniya ümumi sağlamlıq qurumu NHS-nin dəstəyi ilə London İslam Mərkəzində müsəlman tələbələr tərəfindən ölkənin ən böyük qanvermə mərasimi keçirilib.
Mərasiminin təşkilatçısı Mustafa Xan oktyabrın 22-də aksiya ilə bağlı verdiyi açıqlamasında, onlarla tələbənin London İslam Mərkəzinə gələrək qanvermə aksiyasında iştirak etdiyini bildirib. “Mərkəzimizə gələn tələbələr öz insani məsuliyyətlərini yerinə yetirdiyi bu yolla bir çox insana həyat verdi”, – deyə o bildirib.
Mustafa Xan bu mərasimin 11 ildir ki, mütəmadi olaraq təşkil olunduğunu da deyib.
Qeyd olunub ki, 2016-cı ildəki qanvermə kampaniyasında 800 tələbə iştirak edib və bununla da 10 500 insanın canını xilas etmək məqsədilə olduğu vurğulanıb.
Deyerler.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button