AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Övladın fiziki inkişafına diqqət

Həyat yolu 15

 

Övladın əqli və zehni inkişafı onun düzgün fiziki inkişafına bağlıdır. Onun fiziki sağlamlığı isə ananın bu mühüm məsələyə diqqət yetirməsi, həmin istiqamətdə dəqiq və nizamlı proqramı olduğu vaxt yaranır.

Fiziki və mənəvi inkişaf üçün təsirli amillərdən biri də ananın öz övladına kamil şəkildə süd verməsidir.

Həzrət Zəhra (ə) övladı doyana qədər ona süd verirdi.

Ayə

«وَالْوالِداتُ يُرْضِعْنَ أَوْلادَهُنَّ حَوْلَيْنِ كامِلَيْنِ»

“Analar öz övladlarını tam iki il əmizdirməlidirlər.”

(“Bəqərə” surəsi, ayə 233)

Hədis

قال رسول الله (ص): «لَیسَ لِلصَّبّیِ لَبَنٌ خَیرٌ مِن لَبَنِ اُمِّهِ.»

Allahın rəsulu (s) buyurub: “Uşaq üçün ana südündən yaxşı süd yoxdur.”

(“Müstədrəkül-vəsail”, c. 15)

Ənənə

– Fizzəcan! Övladım üçün hazırladığım yeməyi gətir.

– Amma xanım, özün və Əli (ə) neçə gündür ki, kifayət qədər yemək yeməmisiniz, çox zəifləmisiniz. Uşaq üçün hazırladığınız yemək çoxdur, ondan bir az özünüz də yeyin.

– Bilirəm, amma onların yeməyə ehtiyacı bizdən çoxdur. Nə vaxt doysalar, biz də yeyərik.

– Xanım, neçə gündür ki, sən və Əli (ə) ac yatırsınız.

– Allah böyükdür, Fizzə. İnşallah yeməyə bir şey tapılar. İndi uşaqların yeməyini gətir, yesinlər.

(“Həzrət Zəhranın (ə) davranışları” kitabından iqtibas)

Hekayə

– Zeynəblə danışdınmı? Qəbul etdi?

– Bəli, söhbət etdik, amma qəbul etmək istəmir. Deyir ki, mən özümə görə uşağın haqqından keçə bilmərəm.

– Dörd ay tez süddən ayırlmaqla nə olacaq?

– Bütün bunları dedim, amma deyir ki, həkimin mənə yazdığı dərmanların uşağa zərəri ola bilər.

– Yaxşı, bəs nə etmək istəyir?

– Deyir ki, süd əmmək vaxtı başa çatana qədər gözləyəcəm. Uzağı bir az gec dərmanları istifadə edəcəyəm.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button