ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ölkənin tanınmış şəxsləri işgəncələrə son qoymağı tələb edir

MX- nin təşəbbüsü ilə demokratik ictimaiyyət Niyaməddin Əhmədova yenidən işgəncə verilməsi xəbərinə görə və ümumiyyətlə ölkənin inzibati orqanlarında işgəncələrin tətbiqi əleyhinə muraciət qəbul edib.

AXCP-nin həbsdə olan üzvlərindən Niyaməddin Əhmədov saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsində yenidən işgəncəyə məruz qaldığı haqda bugünlərdə partiyadaşlarına xəbər çatdırıb. N.Əhmədov AXCP sədri Əli Kərimliyə ictimai əsaslarla mühafizəçilik edib və 2019-cu ilin məşhur 19 oktyabr aksiyasında müstəsna fədakarlıq göstərərək Əli Kərimlini son ana qədər tək qoymamağı ilə cəmiyyətin diqqətini cəlb edib. O, “terroru maliyyələşdirmə” kimi qurama bir ittihamla həbs edilib və günlərlə ağır işgəncələrə məruz qalıb. Məhkəmədəki çıxışlarında N.Əhmədov bildirib ki, ona AXCP sədri Ə.Kərimli əleyhinə saxta ifadələrə imza atması üçün ağır işgəncələr veriblər. Çox təəssüf ki, N.Əhmədov Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisəsində də işgəncəyə məruz qalır. Artıq bununla neçənci dəfədir ki, N.Əhmədovun saxlanıldığı 12 saylı CÇM-də pis rəftara və işgəncəyə məruz qaldığı haqda xəbər yayılır.
Biz, bu müraciəti imzalayanlar Azərbaycanda işgəncə və fiziki zorakılığın dövlət idarəçiliyinin bir alətinə çevrilməsindən hədsiz narahatlığımızı bildiririk. Təəssüflə qeyd edirik ki, polis idarə və bölmələrində, istintaq təcridxanalarında və hətta Ədliyyə Nazirliyinin müəssisələrində xüsusən də siyasi mülahizələrlə saxlanılan şəxslərə zor tətbiq edilməsi, işgəncə verilməsi uzun illərin gerçəyidir və ölkənin qanunlarına, qoşulduğumuz beynəlxalq konvensiyalara tamamilə zidd olan bu əməllərə son qoyulması üçün hər hansı real tədbir görülmür.
Bugünlərdə N.Əhmədovun işgəncə xəbəri ilə yanaşı cəmiyyəti silkələyən eyni məzmunlu başqa xəbərlər də oldu. Onlardan ən dəhşətlisi Müsəlman Birliyi Hərəkatının üzvü Elgiz Məmmədovun may ayında inzibati qaydada həbs ediləndən sonra başına torba keçirilərək naməlum yerə aparılıb zorlanması haqda dedikləri idi. Elgiz Məmmədov MBH-nin başqa bir üzvü Razi Hümbətovun məhkəmə prosesini izlmək üçün getdiyi məhkəmə binasının önündə həbs edilmişdi. Onunla yanaşı MBH-nin bir neçə nəfər başqa üzvü də məhkəmə binası önündə saxlanılmışdı və onların hamısına polis bölmələrində zor tətbiq edilmişdi, 3 nəfəri 30 gün inzibati həbslə cəzalandırılıb, qalanları sərbəst buraxılmışdı.
Yeri gəlmişkən əsassız ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilən Razi Hümbətov da məhkəmədə elan etmişdi ki, DİN-in Mütəşəkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində (“bandotdel”) ona ağır işgəncələr verirlib. Eləcə də ötən dövrdə saxta ittihamlarla həbs edilən AXCP üzvləri Mütəllim Oruc, Pünhan Kərimli (Almaniyada siyasi mühacir olub və geri qaytarılıblar), Şahin Hacı və Razi Alışov da saxlanılarkən zorakılıq və işgəncəyə məruz qalıblar.
Ən pisi odur ki, hətta ictimailəşən və ciddi rezonans doğuran işgəncə faktlarının da heç biri ilə bağlı lazımi araşdırma aparılmır, günahkarlar məsuliyyətə cəlb olunmur. Tam əksinə, hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq bu cür işgəncə cinayətlərini ört-basdır etməklə məşğul olur, ictimaiyyətə açıqlamalarında belə faktları sadəcə inkar edir.
AXCP sədri Əli Kərimli, Milli Şura Koordinasiya Mərkəzinin mərhum üzvü İbrahim İbrahimli, Müsavat partiysının və Milli Şura KM-in üzvü Tofiq Yaqublu, müstəqil siyasətçi Bəxtiyar Hacıyev kimi ölkənin ən populyar şəxslərinə polis tərəfindən saxlandıqdan sonra dəhşətli işgəncə verilərək fiziki xəsarətlər yetirilməsi də rəsmi səviyyədə utanmazcasına inkar olunub və bu cinayətlər ört-basdır edilib. Oxşar inkarçı münasibət və işgəncə faktlarının gizlədilməsi başqa epizodlarda, başqa ictimai-siyasi fəallarla bağlı da qeydə alınıb. Bütün bu sadalananlar isə işgəncənin ölkədə məqsədyönlü və düşünülmüş bir siyasətə çevrildiyini göstərir.
Biz, ölkə rəhbərliyindən tələb edirik ki, işgəncəni bir idarəçilik aləti kimi görməkdən əl çəksin. Bu işgəncələri sifariş verənlər və icra edənlər bilməlidir ki, etdikləri həm konkret cinayət əməlidr, həm də mənəvi naqislikdir. Həm Niyaməddin Əhmədova, həm də digərlərinə qarşı işgənclər bir daha təkrarlanmamalı, indiyədək bu işgəncə cinayətlərinə yol verənlər məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycanın dövlət səviyyəsində işgəncədən istifadə olunduğu bir ölkə kimi tanınmasına son qoyulmalıdır.

Cəmil Həsənli
Qubad İbadoğlu
Leyla Yunus
Rüfət Səfərov
Bəxtiyar Hacıyev
Zaur Əkbər
İlkin Rüstəmzadə
Vidadi Mirkamal
Xədicə İsmayılova
Çingiz Sultansoy
Arif Şahmarlı
Arif Yunus
Qənimət Zahid

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button