ArxivXəbər lentiXəbərlər

Putin Rusiya vətəndaşı olmağı sadələşdirən qanunu təsdiqlədi

Rusiya lideri Vladimir Putin Rusiya vətəndaşlığını almağı sadələşdirən qanunu imzalayıb.

Müvafiq sənəd rəsmi məlumatların və hüquq portalında dərc edilib.

Yeni qanuna əsasən, Rusiya vətəndaşı olmaq üçün başqa ölkənin vətəndaşlığından imtina etmək lazım olmayacaq.

 

“Rusiya Federasiyasının ərazisində daimi yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər sadələşdirilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığı üçün müraciət etmək hüququna malikdirlər”, – deyə sənəddə qeyd edilib.

Xatırladaq ki, hazırda, vətəndaşlıq üçün müraciət edərkən, xaricilər öz ölkələrində vətəndaşlığından imtina ilə bağlı sorğu ilə müvafiq orqanlara müraciət etdiklərini təsdiqləməlidirlər.

Bu tələb yeni qanunla ləğv edilir.

Qeyd edək ki, aprelin 17-də vətəndaşlıq almağın sadələşdirilməsi haqqında qanun Federasiya Şurası tərəfindən təsdiq edilib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button