ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nyu-Yorkda 7000-dən çox tibb bacısı tətilə çıxıb

Nyu-Yorkun iki xəstəxanasında minlərlə tibb bacısı əmək haqqı və işçi heyəti səviyyələri ilə bağlı müqavilə danışıqlarının dayandırılmasından sonra bazar ertəsi günü tətilə çıxıblar.
“İran Press” xəbər agentliyinin məlumatına görə, ABŞ-da “Covid-19” epidemiyasının yenidən tüğyan etməsi və qripin yayılması ilə eyni vaxtda Nyu Yorkda minlərlə tibb bacısı tətilə çıxıb və iş yerini tərk edib.
Bazar ertəsi Nyu-Yorkun iki böyük xəstəxanasında minlərlə tibb bacısı Bazar ertəsi maaş və kadr səviyyələri ilə bağlı müqavilə danışıqları dalana dirəndikdən sonra tətil aksiyasına başlayıb və bu məsələ tibb mərkəzlərindən birində əməliyyatların və xəstələrin qəbulunun təxirə salınmasına səbəb olub.
Nyu York Ştat Tibb Bacıları Assosiasiyasının verdiyi açıqlamada, bildirib ki, bu insanlar Montefiore Tibb Mərkəzi və Mount Sinai Xəstəxanasınnın qarşısında toplaşıblar və əllərində plakatlar tutaraq, daha çox tibb bacısının işə götürülməsi və maaşlarının artırılmasını dəstəkləyən şüarlar səsləndiriblər.
Bundan əvvəl İngiltərədə tibb bacıları son bir ayda ikinci dəfə iş yerlərini tərk edərək, maaşlarının az olmasına etiraz ediblər və London hökumətini daha çox tətillərlə hədələdiyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button