ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Azərbaycanla qaz tədarükünün artırılması barədə razılığa gəlib

Moskva Bakı ilə Azərbaybaycanın daxili istehlakı üçün qaz tədarükünün artırılması barədə razılığa gəlib. 
bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak “TASS” agentliyinə məlumat verib. 

“Azərbaycanla qaz tədarükünün artırılmasına dair razılaşma var”, deyə Novak bildirib. 

Rusiya Federasiyası baş nazirinin müavininin sözlərinə görə, Azərbaycanda qaz hasilatının artmasından sonra Bakı ilə svop əməliyyatlarını müzakirə etmək mümkün olacaq.
Xatırladaq ki, noyabrın 15-də “Qazprom” Azərbaycana yeni müqavilə əsasında qaz tədarükünə başlayıb və bu razılaşmaya əsasən 2023-cü ilin mart ayına qədər ölkəyə 1 milyard kubmetrə qədər qaz tədarük edəcək. 
2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Belə ki, 2023-cü ilə qədər qüvvədə olan müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya,  qış mövsümündə isə Rusiyadan Azərbaycana eyni həcmdə qaz nəqlini nəzərdə tutur. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button