Növrəstə İbrahimova: “İmam Hüseynin (ə) məhəbbəti, ədaləti, haqqsevərliyi bizim qəlbimizdə xəmrədir”.
Avqustun 10-da Azərbaycan İslam Partiyasının Qadınlar Şurası, Əsgər Analarına Dəstək İB və Fatimə jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Aşura ilə əlaqədar mərasim keçirilib. HEDEF14.AZ ın verdiyi xəbərə görə, tədbirdə şəhid və qazi ailələri, inanclı şəxslər iştirak edib. Mərasim zamanı nohələr, mərsiyələr oxunub.
Tədbirin təşkilatçılarından Növrəstə İbrahimova müsahibəsində Aşuranın fəlsəfəsi, Kərbəla məktəbinin tarixi və Azərbaycan xalqının bu dəyərlərə sevgisindən danışıb.