ArxivXəbər lentiXəbərlər

İrana gedən azərbaycanlılara səfir bəzi tövsiyələr verdi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin Azərbaycan Respublikası vətəndaşlarından istəyib ki, İrana səfər zamanı bəzi cəhətlərə diqqət yetirsinlər.

O, bu barədə açıqlamasında azəri müsafirlərin İrana səfərlərinin təqribən on faizlik azalmasına toxunaraq, deyib: “Azəri tərəfin İrana səfər etməyə maraq göstərən Azərbaycan Respublikası vətəndaşları üçün məhdudiyyətin olmamasına dair iddiasına rəğmən, biz Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərinin azalmasının şahidiyik və bu məsələ belə görünür ki, Azərbaycanın milli pul vahidi manatın dəyərinin aşağı düşməsi və turizm xidmətləri tariflərinin yuxarı olması kimi bir çox dəlillə malik ola bilər. Bu sahədə müsafir qəbul edən ostanlarda mövcud olan problemlərin həlli istiqamətində lazımi addımlar atılmalıdır”.

Səfir Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək, İrana çatarkən sərhəd şəhərlərində mövcud olan ən yaxın müalicə mərkəzlərinə getmələrini və lazımi məsləhətlər üçün ixtisaslı həkimlərə müraciət etmələrini istəyib.

İran səfiri habelə Azərbaycan Respublikası vətəndaşlarına, səfər zamanı problemlə üzləşməmək üçün müəyyən edilmiş avtomobildən istifadə etmələri barədə də xəbərdarlıq edib.
O, İranın Azərbaycan Respublikası vətəndaşlarını qarşılamaq üzrə iradəsinə işarə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button