ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nizam-intizama riayət

Həyat yolu 20

Nizam-intizama riayət

Aləm nizam-intizam əsasında yaranıb. İnsanların xoşbəxtliyi üçün Allahın göndərdiyi din və şəriət də xas bir nizam üzərindədir. İnsanlar öz fərdi və ictimai həyatlarında nizam-intizam və ədalətə riayət etməsələr, bu, suyun axarının əks istiqamətinə üzmək kimi olar.

İslam Peyğəmbərinin (s) qızının həyatını mütaliə etdikdə, onun öz həyatında nizam-intizama xüsusi əhəmiyyət verməsi aydın olur.

Ayə

«إنّا کُلَّ شَىْءٍ خَلَقْناهُ بِقَدَرِ»

“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (qədərincə) yaratdıq.”

(“Qəmər” surəsi, ayə 49)

Hədis

«وَ أَمْضِ لِكُلِّ یَوْمٍ عَمَلَهُ فَإِنَّ لِكُلِّ یَوْمٍ مَا فِیهِ»

Əmirəlmöminin Əli (ə) Malik Əştərə xitab edərək buyurur:

“Hər günün işini həmin gün gör. Çünki hər günün özünə məxsus işi vardır.”

(“Nəhcül-bəlağə”, məktub 53)

Ənənə

Həzrət Fatimənin (ə) şəhadətindən sonra Fizzəni gördüm. Ondan soruşdum:

– Xanım, sən Fatimənin (ə) evində xidmətçi idin. Necə oldu ki, Quran hafizi oldun və dini məsələləri bu qədər yaxşı öyrəndin? Bütün bu fəzilətlərə necə nail oldun?

Bu sualdan onun siması dəyişdi. Aydın idi ki, keçmiş günləri xatırladı, həzrət Fatimənin (ə) şəhadəti yadına düşdü və çox kədərləndi. Uzun sürən sükutdan sonra başını qaldırıb dedi:

– Ona xidmət etməkdən çox, mənə dindarlıq dərsi verdi. Elə tənzimləmişdi ki, ev işlərini bir gün özü yerinə yetirirdi, bir gün də mən.

(“Dəlailul-imamiyyə”, səh. 140)

Hekayə

Həmişə deyirdi: “Əgər biz səliqəli olsaq, sanitariya və gigiyena məsələlərinə tamamilə riayət etsək, yaralıların həm sağlamlığında, həm də əhval-ruhiyyəsində müsbət təsir qoyar.”

Həmişə manto və məqnəsini yuyaraq ipin üstünə elə salırdı ki, heç bir qırışı qalmırdı. Quruduqdan sonra onu mütəkkə və döşəyinin altına sərirdi ki, tamamilə düzəlsin. Müharibənin o cür şiddətli bir vaxtında, hər tərəfi atəş, qan və torpaq bürüdüyü bir vaxtda onun nizam-intizama və səliqəyə bu qədər diqqət yetirməsi çox heyrətli idi!

Deyirdim: – Bu şəraitdən əl çək! Çox təmkinlisən.

O isə deyirdi: – Səliqəsiz üst-başla getmək olmaz. Birdən elə fikirləşərlər ki, dindar uşaqlar səliqəsizdir.

(“Qadın şəhidlər abidəsi” jurnalı, say 27, Şəhid Məryəm Fərahaniyandan bir xatirə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button