ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Niyə Azərbaycan müsəlmanları Qarabağda dini mərasim keçirmirlər?

Ermənilər Laçında dini mərasim keçirəcəklər

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  bu haqda erməni apostol kilsəsinin “Artsax” eparxiyasının “Facebook” səhifəsində məlumat yayılıb.

“Liturgiyanın yerli ruhani keşişTer-Beniamin Tsaturyan tərəfindən həyata keçiriləcəyi” bildirilir.

10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Laçın rayonunun əksər hissəsi Azərbaycana qaytarılsa da, rayon mərkəzi və 6 iri kənd də daxil olmaqla təxminən 35 kv.km-lik ərazi müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” adlandırılan hərbi kontingentinin nəzarətinə verilib. 3 il ərzində ermənilər üçün alternativ “dəhliz” yolu tikildikdən sonra Laçın şəhəri və 6 kəndin Azərbaycanın nəzarətinə keçəcəyi  və “sülhməramlı”ların artıq yeni yola nəzarət edəcəkləri qərara alınıb. Beləliklə Xankəndində yaşayan ermənilərin Ermənistana bitişik olması üçün Azərbaycan dövlətinin öz vəsaiti hesabına keyfiyyətli yol çəkməsi və bu yolun inşa əməliyyatının bitməsindən sonra Laçın şəhəirnə nəzarətin Azərbaycana verilməsi göstərir ki, Xankəndinin Azərbaycanın nəzarətindən kənarda qalacağı və Ermənistana bitişik əraziyə çevriləcəyi təsbit olunmalıdır.

Ermənilərin Laçında sonradan tikdirdikləri kilsənin ziyarətinə bu qədər israr etmələri qarşılığında Azərbaycan müsəlmanlarının bu gün separatçı ermənilərin nəzarətində olan ərazilərdəki öz qədim məscid və müqəddəs məkanlarını ziyarət etmək tələbi ilə çıxış etməməsi ciddi sual doğurur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button