AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nikzad: Azərbaycan prezidentinin sözləri əsassızdır

İslami Şura Məclisi sədrinin köməkçisi İlham Əliyevin müdaxilə xarekterli sözlərinə münasibət bildirərək deyib: “Nəvə babanı inkar edə bilməz. Ona görə də Azərbaycan prezidentinin sözləri əsassızdır.”
Qafqaz Həqiqətləri xəbər verir ki, İslami Şura Məclisinin vitse-spikeri Əli Nikzad millət vəkillərindən birinin Azərbaycan prezidentinin açıqlamasına Xarici İşlər Nazirliyinin reaksiyasının zəruriliyi ilə bağlı xəbərdarlığına cavab olaraq deyib: “Nəvə babasını inkar edə bilməz, ona görə də Azərbaycan prezidentinin sözləri əsassızdır.”
Azərbaycan Respublikası prezidenti İlham Əliyev arabir təxribat xarakterli sözlər danışır. Bir neçə gün əvvəl o, İran və Ermənistanın birgə təlimini tənqid etmişdi və cümə günü də türkdilli ölkələr təşkilatının zirvə toplantısında dünya azərilərini müdafiə etdiyini iddia edib.
Seyid Əlborz Hüseyni İslam Şurasının 13 noyabrda keçirilən açıq iclasının səhər növbəsində Konstitusiyanın 152-ci maddəsinə istinad edərək, Xarici İşlər Nazirliyinə müraciətlə deyib: “Azərbaycan prezidenti türk ölkələri ilə bağlı fikir bildirib. Mənim təklifim odur ki, o, Gülistan müqaviləsini oxusun və haranın haradan ayrıldığını anlasın! Ona görə də qonşu dövlətlərin ərazi bütövlüyü ilə bağlı bu fikirlər Azərbaycan prezidentinə yaraşmır.”
Xudabəndə əhalisinin İslami Şura Məclisində təmsilçisi çıxışının davamında deyib: “Azərbaycan prezidentinin açıqlaması qeyri-realdır. Əgər Gülüstan müqaviləsi olmasaydı, Azərbaycan İranın bir hissəsi idi və o da bu ölkədə prezident ola bilməzdi. Ona görə də Xarici İşlər Nazirliyi və Məclis bu kimi açıqlamalara reaksiya verməlidir. Çünki regionun sülhə hər zamanda olduğundan daha çox ehtiyacı var.”
İclasa sədrlik edən parlament sədrinin köməkçisi Əli Nikzad bu çıxışa cavab olaraq deyib: “Nəvə babasını inkar edə bilməz, ona görə də Azərbaycan prezidentinin sözləri əsassızdır.”
Qeyd edək ki, bugün Azərbaycan Respublikası kimi tanınan bölgə 200 il əvvəl Rusiyada çar hökuməti və İranda Qacarlar sülaləsinin hökuməti dövründə Gülüstan müqaviləsi ilə İrandan ayrıldı. Azərbaycan Respublikası 1991-ci ildə, cəmi 30 il əvvəl Sovet İttifaqının dağılması ilə öz mövcudluğunu elan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button