ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan və Ermənistan Rusiyaya qarşı təzyiq siyasətinin əleyhinədirlər

Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşulub

Gürcüstanın dövlət başçısı deyib: “Biz Rusiyaya qarşı bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili fevralın 25-də bildirmişdi ki, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.

Belə görünür ki, Cənubi Osetiya separatçılarının Rusiyaya birləşmək qərarlarını elan etməsi Tbilisinin mövqeyində dəyişikliyə səbəb olub. 

Gürcüstan müxalifəti də Cənubi Osetiya separatçılarının Rusiyaya birləşmək qərarlarını açıqlamasını hakimiyyətin yürütdüyü siyasətin nəticəsi hesab edir. “Avropa Gürcüstanı” partiyasının lideri Giqi Bokeriya qeyd edib ki, Sxinvali regionunun ilhaq edilməsi hökumətin ölkənin milli maraqlarını qorumamasının nəticəsidir.

Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistan sanksiyalara qoşulmaqdan çəkinirlər. Hətta belə məlumatlar da vardır ki, bu iki dövlət sanksiyalardan yayınmaqda Rusiyaya kömək edə bilərlər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov martın 30-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin icrasına təsir göstərməyəcək və Azərbaycan ilə Rusiya bu Bəyannaməyə sadiq qalmaq niyyətindədir, onun icrası bundan sonra da yerinə yetiriləcək.

ABŞ isə martın 25-də xəbərdarlıq edib ki, Rusiyaya sanksiyalardan yayınmaq imkanı yaradan şəxs və şirkətlərə qarşı da sanksiyalar qoyula bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button