ArxivXəbər lentiXəbərlər

Tbilsidə daha bir azərbaycanlı fəal həbs edildi

Tbilisidə daha bir azərbaycanlı müxalif fəal Daşqın Ağalarlı da təhlükə qarşısındadır. Belə ki, Daşqın Ağalarlı Tbilisidə İnsan Haqları Evində Əfqan Muxtarlı ilə bağlı keçirilən mətbuat konfransından çıxandan sonra saxlanılıb. Onu Gürcüstan polisi saxlayıb və hazırda dindirildiyi deyilir. Narahatlıq var ki, Gürcüstan hökuməti D.Ağalarlını Azərbaycana təhvil verə bilər.

“Bizim beynәlxalq dәstәyә çox ehtiyacımız var…”

D.Ağalarlı Tbilisidəki mətbuat konfransından qabaq Ə.Muxtarlı barədə əməkdaşımızın suallarına cavab verib. O, Azərbaycan hakimiyyətinə bağlı dairələrin onları daim izlədiyini və həyatlarına təhlükənin hər zaman olduğunu bir daha təkrarlayıb:

-İzlәnilmә halı bizә qarşı hәr zaman olub. Son bir ildә, il yarımda açıq aşkar hal almışdı. Amma son 3 hәftәdә, ümumiyyәtlә, yaxın şәkildә, açıq-aşkar izlәnilirdik. Demәk olar ki, bizimlә çiyin-çiyinә gәzirdilәr. Gözәl Bayramlının hәbsindәn bir neçә gün öncә vә sonra bizi izlәyәnlәr demәk olar ki, әtrafımızdan aralanmırdı. Bizi izlәyәnlәr cәmiyyәt içindә özlәrini kobud vә provokativ aparırdılar. Görünür bizi tәxribata çәkmәk istәyirdilәr. Bu barәdә bütün insan haqları tәşkilatlarına mәlumatlar vermişik. Görüşdüyümüz beynәlxalq tәşkilatlara mәlumat vermişik. Ombudsman aparatının da xәbәri var izlәnilmәyimizdәn.

– Beynәlxalq vә yerli tәşkilatlara etdiyiniz müraciәtlәrin nәticәsi olubmu?

– Tәәssüflәr olsun ki, beynәlxalq tәşkilatlar da mәsәlәyә hökumәtin gözündәn baxırlar. Bildirirlәr ki, tәhlükәlәr ciddi deyil. Halbuki, tәhlükәlәr göz qabağındadır vә bu barәdә dә dönә-dönә danışılır. Biz dә istәmәrik ki, burada öz yerimizi pis edәk. Boş yerә Gürcüstan hökumәtini biz niyә günahlandıraq ki? Beynәlxalq vә yerli tәşkilatlardan heç kim mәsәlәyә aktiv müdaxilә etmir. Çox güman ki, hökumәt onları sıxışdırır ki, bizim Azәrbaycanla münasibәtlәrimiz xüsusi münasibәtlәrdir vә sizin addımlarınız bizim münasibәtlәrә zәrәr verir. Çox güman ki, bu sәbәbdәn dә onlar mәsәlәyә qarışmırlar, mәsәlәdәn yan keçirlәr. Hәtta elә tәşkilatlar var ki, nәinki, hökumәtә tәsir etmәk, hәtta dolayı yolla hökumәtin mövqeyindәn çıxış edir.

–  SOCAR-ın Gürcüstandakı fәaliyyәtinin bu mәsәlәlәrlә әlaqәsi varmı?

– SOCAR Gürcüstanda әn böyük vergi ödәyicisidir. Gürcüstanın müәyyәn әrazilәrindә Heydәr Әliyevin heykәllәrini ucaldırlar, parklarını salırlar, SOCAR tv açırlar, öz tәsir imkanlarını genişlәndirirlәr. Biz bilirik ki, bizi izlәyәnlәrin çoxu SOCAR-ın tәhlükәsizlik xidmәtinin әmәkdaşlarıdır. Bizim beynәlxalq dәstәyә çox ehtiyacımız var, imkan daxilindә hәr kәs bu istiqamәtdә әlindәn gәlәni etsin.

azadliq.info

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button