ArxivXəbər lentiXəbərlər

Naxçıvan – Məşhəd qatarı 2018-ci ildən yenidən fəaliyyətə başlayacaq

Tehranda Azərbaycan və İran Dəmir Yolları üzər rəsmilərin görüşü olub

Naxçıvan – Məşhəd qatarı 2018-ci ilin əvvəlindən yenidən fəaliyyətə başlayacaq.

 Maide.Az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə,  bu, İran İslam Respublikasının Dəmir Yolları Təşkilatının mətbuat xidmətinın açıqlamasında bildirilir.

 Məlumata görə, Məşhəd -Naxçıvan qatarının yenidən  fəaliyyəti üçün bu gün Tehranda İran Dəmir Yollar Təşkilatının  sərnişinlərə xidmət üzrə idarə rəhbəri  ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri arasında görüş keçirilib.

 Görüşdə Naxçıvan -Məşhəd dəmir yolu sərnişin qatarında vaqonlarda  sərnişinlərə xidmət, məlumatların mübadiləsi və biletlərin  satışının təşkili kimi məsələlər müzakirə olunub.

 Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

 Naxçıvan -Məşhəd dəmir yolu xəttinin uzunluğu Naxçıvandan İranın Culfa şəhərinə kimi 45 km, Culfadan Məşhəd şəhərinə kimi isə 1700 kilometrdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button