Turan xəbər agentliyi “Ağalarovun kazinoya baxışı: Azərbaycan üçün riskli oyun?” başlıqlı material dərc edib. Yazıda əhalisi dindarlıqda tanınan və səkkizinci imamın bacısının dəfn edildiyi üçün müqəddəs torpaq hesab olunan Nardaranda kazinonun açılmasının fəsadldarına toxunulur.
Məqalədə deyilir: Rusiyalı məşhur iş adamı və Azərbaycanın əyləncə sektorunun aparıcı fiqurlarından biri olan Emin Agalarov, ənənəvi mühafizəkar kənd olan Nardaranda yerləşən lüks Sea Breeze kurort kompleksində kazino açmaq təklifi ilə ölkədə qumarın leqallaşdırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi. Rusiyalı jurnalist Ksenia Sobçakla ,müsahibəsində Agalarov bu təşəbbüsün hazırda dövlət tərəfindən nəzərdən keçirildiyini bildirdi və bu təklifin ölkə iqtisadiyyatı və sosial mühitinə potensial təsiri ilə bağlı fərziyyələrə səbəb oldu.
Yazıda Azərbaycanda qumarın 1999-cu ildən bəri qadağan elan edildiyinə diqqət çəkilir Agalarovun təklifi dövlət siyasətində mümkün dəyişikliklərin siqnalını verir. Agalarovun sözlərinə görə, “kazino Nardaranı “Abşeron Las Veqasına” çevirmək üçün vacib bir xüsusiyyət olardı.”
Məqalədə sonra belə oxuyuruq: Bakı Beynəlxalq Hava Limanını Sea Breeze-ə birləşdirən yeni avtomagistral inşa edilir və bu yolla kurorta gediş vaxtı cəmi 20 dəqiqəyə enəcək. Bu addım, ənənəvi olaraq qumar oyunlarına ehtiyatla yanaşan dövlətin Agalarovun baxışlarını səssizcə dəstəklədiyinin göstəricisi ola bilər.
Yazıda nardaranlıların dindar əhali olduğu və belə bir hərəkətə qarşı susmayacağı da xüsusi vurğulanır. Müəllif bildirir ki, Nardaranda leqal bir kazinonun açılması əhali tərəfindən etirazla qarşılanacaq.
Yazıda Nardaranın İslam ənənələrinin dayağı kimi tanındığı bildirilir və hakimiyyətin anti-din qərarları ilə bağlı Nardaranda dövlətlə gərginliyin tarixi keçmişi yada salınır və bildirilir ki, qumar məkanının açılması bu gərginlikləri artıra bilər.
Tənqidçilər əlavə edirlər ki, kazinoların açılması cəmiyyətdə sosial problemlərin artmasına, o cümlədən qumar asılılığı və yerli əhali arasında maliyyə çətinliklərinə səbəb ola bilər. İqtisadi bərabərsizliyin ciddi problem olaraq qaldığı bir ölkədə belə bir təşəbbüsün potensial sosial xərcləri daha böyük olacaqdır.
Müəllifin fikrincə Agalarovun Nardaranda kazino açmaq təşəbbüsü, Azərbaycanın yüksək vəzifəli iş adamlarının dövlət siyasətinin sərhədlərini sınamağa çalışdığını nümayiş etdirir. Bu mərhələdə dövlətin kazino ilə bağlı verəcəyi qərar uzun müddət ərzində milli dəyərlərə zidd hesab edilən bir sahənin liberallaşdırılmasına dair hökumətin nə dərəcədə irəli gedəcəyini ortaya qoyacaq.
Risklər yüksəkdir — təkcə Agalarov üçün deyil, həm də Azərbaycanın iqtisadi şaxələndirilmə və sosial siyasətinin ümumi inkişaf trayektoriyası üçün.