ArxivIslamXəbər lentiXəbərlər

İran Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulduğunu açıqladı

İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb. Bu barədə İran dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün səhvən vurub.

Açıqlama qeyd olunub ki, ABŞ hərbi bazalarına raket zərbələrindən bir neçə saat sonra ABŞ terror qüvvələrinin ölkə daxilində döyüşləri artıb və strateji mərkəzləri yaxınlığında bəzi hərəkətliliklər olub və bu da radarlarda həssaslığa səbəb olub. Belə vəziyyətdə sərnişin təyyarəsi havada dönərkən SEPAH-ın həssas bir hərbi mərkəzinə yaxınlaşıb. Bu halda təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub. Bu da təəssüf ki, əziz həmvətənlərimizin şəhid olması və bir sıra xarici vətəndaşların ölümü ilə nəticələnib.

İranın Xarici İşlər naziri Cavad Zərif  öz növbəsində “Twitter” hesabında yazıb ki, “ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi” qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.

Qeyd edək ki,Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button