ArxivXəbər lentiXəbərlər

Ermənistan qarışır: Yerevan və Eçmiədzində aksiyalar başladı

Ermənistanda həbs edilən deputat Manvel Qriqoryanın tərəfdarları Yerevanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) qarşısında etiraz aksiyasına başlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazçılar MTX-nın yerləşdiyi Nalbandyan küçəsini bağlamağa cəhd etsələr də polis onlara imkan verməyib.

Yerevanla bərabər Eçmiədzində də aksiyalar keçirilir. Burada Manvel Qriqoryanın oğlu mer Karen Qriqoryanın tərəfdarları və əleyhdarları mərkəzi meydana toplaşıblar. Etiraz aksiyalarının keçirildiyi yerə Karen Qriqoryanın özü də gəlib. O, sosial şəbəkələr vasitəsilə tərəfdarlarını onu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Manvel Qriqoryan iyunun 16-da həbs edilib. O, qanunsuz silah dövriyyəsində ittiham olunur. Respublika Partiyası artıq Qriqoryanın həbsini siyasi xarakterli adlandırıb.

Aksiyalar hazırda davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button