ArxivNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nardaran məbusunun işgəncə ilə bağlı səs yazısı yayılıb.

Ötən gündən mətbuatda haqqında məlumatlar dolaşan Nardaran məhbusu Cihad Babakişizadənin 12-saylı cəzaçəkmə müəssisəsində aclıq etməsi ilə bağlı yeni detallar üzə çıxıb. Belə ki, həbsxana rəhbərliyinin təşəbbüsü ilə məhbus, yaxınları ilə bir neçə dəqiqə sürən səs yazısı sosial media üzərindən yayılıb və səs yazısında yer alan fikirlər içində maraqlı məqamlardan biri də məhbusun öz dilindən ciddi işgəncələrə məruz qalma faktıdır. Danışığında halsızlığı hiss olunan Babakişizadə müəssisədə ciddi təzyiqlər altında olduğunu və ağır igəncələr aldığını bildirib. Rəhbərliyin bütün bu faktları gizlətmək istəməsinə baxmayaraq Cihadın çığıraraq işgəncəyə məruz qalmasını söyləməsi diqqətdən yayınmayıb.

Şübhəsiz mövcud hal ailənin narahatlığı ilə qarşılanıb. Ailə üzvüləri Cihadın aclıqla yanaşı özünün qeyd etdiyi kimi ağır işgəncələrə məruz qalmasını yolverilməz hal hesab edirlər. Dünən faktla bağlı Pentesiar Xidmətin Baş İdarəsində olan ailə üzvüləri bu barədə rəhbərliyə məlumat versələr də, lakin bu qapalı məkanda təzyiqlər altda olan Cihadın durumuna nə dərəcədə müsbət və ya mənfi təsir göstərəcəyi hələ ki, məlum deyil.

Hadisə ilə bağlı hüquq müdafiəçiləri də narahatdır və Babakişizadənin təzyiq və işgəncə faktını araşdırmaqla məşğuldurlar.

Xatırladaq ki, oktyabrın 23-də Qobustan həbsxanasından 12-saylı müəssisəyə köçürülən Nardaran məhbusu Cihad Babakişizadə artıq on gündür ki, karserə salınıb və o, qidadan tam olaraq imtina edib. Özünün bildirdiyinə görə həbsxanada dəhşətli işgəncələrə məruz qalıb və ona qarşı qərəzli davranış hələ də davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button