ArxivXəbər lentiXəbərlər

Sionizmin Yaxın Şərq projesi: İran-Türkiyə birliyi məkrli planı poza bilər – Təhlil

Ceyhun Əhmədli: “İndiki məqamda dövlətlər bir-birilərinə qarşı açıq hərbi müdaxilələrdən çəkinirlər, amma unutmaq lazım deyil ki, İrana hucum edəcəyi təqdirdə müharibə İsrailin özü üçün daha böyük faciəvi nəticələr doğura bilər”
Həqiqət QHT (Truth NGO) – İran İslam Respublikasının faktiki olaraq bütün “soyuq müharibə” dövründə ABŞ və İsrail üzərində qələbə əzmi bu ölkə rəhbərlərinin qəzəbini ifrat həddə yüksəldib. Ekspertlərin rəylərinə görə, hadisələrin gərginliyin artması istiqamətində inkişafı bu şəkildə davam edərsə İranla İsrail arasında 2019-cu ildə müharibə başlaya bilər. Bəzi siyasi ekspertlər isə İran və İsrail arasında olan münasibətlərin həmişə çox gərgin olduğuna diqqət çəkərək, dəfələrlə bir-birilərinə qarşı bəyanatlar, hədələr, təhdidlər səsləndirdiklərini, amma bunun söz duelindən o tərəfə getmədiyini qeyd edirlər.
Politoloq Əhəd Məmmədliyə görə, İran-İsrail, İran-ABŞ müharibəsinin olması inandırcı deyil, çünki Yaxın Şərqdəki mövcud vəziyyət  İsrailin maraqlarına uyğundur. Belə ki, ABŞ İsrailin arxasında olduğunu hər addımbaşı büruzə verir. Siyasi ekspert hesab etdiyini bildirdi ki, İsrailin özünə yeni problemlər açacağını gözləmir. Çünki  İranla müharibə İsrailə lazım deyil. İsrail ABŞ və Rusiyanın əli ilə regionda İranı sıxışdırmaq məqsədi güdür: “Rəsmi Təl-Əviv Suriyada İranın obyektlərinə zərbələr endirməklə yanaşı, həm də Rusiyanın əli ilə İranı bölgədən çıxarmaq niyyətindədir. Artıq İsrail Suriyada iki köhnə müttəfiqləri üz-üzə qoyub. Amma İranla Türkiyə vəziyyəti həlledici səviyyədə öz xeyirlərinə dəyişmək üçün səmimi birlik qurmaq və gözlənilməz gedişlərə hazır olmaqla, İsrailin planlarını poza bilərlər”.
Danımaz faktdır ki, son vaxtlar İsrail rəsmiləri tərəfindən İrana qarşı müharibə təhdidləri intensiv xarakter almaqdadır. Bəs görəsən Suriya böhranının hələ bitmədiyi, ABŞ-ın bu ölkədən öz qoşunlarını çıxarmağa başladığı bir vaxtda, ümumiyyətlə regionda gedən proseslər fonunda İsrail-İran savaşının başlanması gözləniləndirmi?
“İslamınSəsi” əməkdaşının sualina münasibət bildirən politoloq Ceyhun Əhmədli qeyd etdi ki, müharibə riski yüksək olsa belə bu, yolveriməzdir, savaş təkcə İran və İsrail deyil, bütün bölgə üçün fəlakətli nəticələrə səbəb ola bilər: “Qətiyyən müharibəyə yol vermək olmaz. İndiki məqamda dövlətlər bir-birilərinə qarşı açıq hərbi müdaxilələrdən çəkinirlər. Unutmaq lazım deyil ki, İrana hucum edəcəyi təqdirdə müharibə İsrailin özü üçün daha böyük faciəvi nəticələr doğura bilər. Çünki İranın əlində dağıdıcı, güclü müasir silahlar var. Heç bir tərəfə müharibə lazım deyil. Ümid edirəm və inanıram ki, silahların əvəzinə, diplomatiya danışacaq. Hər iki tərəf müharibə riskini yüksəltməkdən çəkinərək danışıqlara üstünlük verməlidir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button