Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!
– Salam. Nə oldu? Dedinmi?
– Bəli, dedim. Ancaq kaş ona deməyəydim. Sözümdən çox əsəbləşib dedi ki, nə vaxta qədər malımı kasıblara paylayacam. Daha yorulmuşam.
Bunları deyib qapını bərk bağladı. Səhv etdim. Kaş, əvvəldən ona deməyəydim. İndi imam Hüseynin (ə) kəlamının hikmətini başa düşdüm ki, buyurur:
“Üç nəfərdən başqa ehtiyacını heç kimə demə: Dindara, mürüvvət sahibinə və əsil-nəcabətli şəxsə.”